Icma.az
close
up
RU
“Qarabağ”a qarşı oynamaq heç də asan deyil Van Dem Brom

“Qarabağ”a qarşı oynamaq heç də asan deyil Van Dem Brom

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Tvente"ni qəbul edəcək.

Fanat.Az xəbər verir ki, Niderland təmsilçisinin baş məşqçisi Con van den Brom qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

–Matça bir gün öncədən gəlmisiniz. Uçuşunuz necə keçdi? Özünüzü necə hiss edirsiniz?

–Bir gün öncədən gəlmək komandaya yaxşı təsir edir. Bu şəkildə oyuna daha rahat hazırlaşmışıq. Bu müddət ərzində əvvəlki oyunumuzu analiz etmişik. Daha çox hücum etməliyik. “Qarabağ”a qarşı oynamaq heç də asan deyil. Hazırda hesabda geridəyik.

–“Tvente”də zədəli futbolçularla bağlı vəziyyət necədir?

–Bütün futbolçularımı hazır görürəm. Problem yaranmasa, iştirak edəcəklər.

–Lyensen, Lyomkin və Lammersin zədələri ilə bağlı son durum necədir?

–Çox güman ki, bu matçda iştirak etməyəcəklər.

–Bu itkilər oyuna necə təsir edə bilər?

–Çətinliyimiz olacaq. Biz də bu çətinliyə hazırlaşırıq.

–Ötən matçla bağlı fikirləriniz necədir?

–Ev sahibi olsaq da, qələbə qazana bilmədik. Oyunu analiz etmişik. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bu, Avropadakı son şansımızdır. Zədəli futbolçularımızın olmasının oyuna təsir etməyəcəyinə ümid edirik.

– “Qarabağ”ın heyətində xüsusilə ehtiyatlandığınız futbolçu varmı?

–Çəkindiyim konkret bir futbolçunun olduğunu deyə bilmərəm. Amma əvvəldən də onların yaxşı futbolçularının olduğunu bilirdim. Topla yaxşı oynayırlar. Konkret bir futbolçunun adını çəkə bilmərəm, amma ümumilikdə yaxşı komandadırlar.

–“Qarabağ” ilk dəfə tarixi uğur qazandığı zaman “Tvente”ni məğlub edərək əsas mərhələyə yüksəlmişdi. Həmin vaxtkı “Qarabağ”la indiki komanda arasında fərqlər varmı?

–Həmin hadisədən xəbərim var. Lakin həmin matçı izləməmişəm. Qarşılaşmanı izləmədiyim üçün fərqlər barədə fikir bildirə bilmərəm. Amma “Qarabağ”ın kifayət qədər güclü komanda olduğunu deyə bilərəm.

–Ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasında “Benfika” və “Ayntraxt”ı məğlub etməsi, “Çelsi” ilə heç-heçə etməsi sizin futbolçularınıza əlavə motivasiya verirmi?

–Bu bizim üçün böyük motivasiyadır. “Qarabağ” daha yüksək liqalarda oynamağa layiqdir. Onlar təkcə ötən mövsüm deyil, digər illərdə də Çempionlar Liqasında uğurlu çıxış ediblər.

–Bu stadion Tofiq Bəhramovun adını daşıyır. Niderlandda da belə hal yaşana bilərmi?

–İnanmıram. Amma Azərbaycan xalqının kifayət qədər sevimlisinə çevrilmiş şəxslərin olması məni sevindirir.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://fanat.az
archiveBu xəbər 26 Avqust 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri