Icma.az
close
up
RU
Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslər aylıq muzd müqabilində döyüşlərə qatılır

Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslər aylıq muzd müqabilində döyüşlərə qatılır

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma ilə xidmət edən zabitlərin dinc dövrdə xidmət müddətinin 6 ay azaldılması, o cümlədən, onlara hərbi rütbələrin verilməsi və Əsasnamədə aparılan dəyişikliklər Vətən müharibəsindən sonra dövlətimizin ordu quruculuğuna dair yeni siyasətinin ifadəsidir. Sadə dillə desək, artıq sülh dövrünə keçid baş verir. Lakin bir məsələ bizi xüsusilə, dərindən narahat edir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi.

Komitə sədri qeyd etdi ki, son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır.

"Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır. Sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət”  “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparırlar. Həmyerlilərimiz bəzən döyüş bölgələrindən müraciət yayaraq, şirnikləndirici vədlərin yalan məngəsindən çıxmaq üçün kömək istəyirlər. Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə 100-lərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər. Azərbaycan dövləti xüsusilə, Suriyada İŞİD bayrağı qaldırılarkən qanunvericiliyini sərtləşdirdi, xaricdə hərbi birləşmələrə qoşulanların fəaliyyətini terrorçuluq əməli kimi ən sərt cəza ilə, o cümlədən, vətəndaşlıqdan məhrumetmə  əməlitək qiymətləndirdi”.

Zahid Orucun sözlərinə görə, həmin dövrdə DTX-nin yaydığı məlumatlarda Yaxın Şərqdə 900-dən artıq vətəndaşımızın döyüşdüyü göstərilirdi.

“Onda torpaqlarımız işğal altında idi və həmin oğullara əlahiddə ehtiyacımız vardı. İndi Vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsinə cəlb edənlər, qardaşı-qardaşa atəşə açdıranlar, təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi-siyasi zərbə vururlar. Əməliyyatlarda həyatını itirən və cənazələri ölkəmizə gətirilən şəxslərin yaxınlarının, qohumlarının “nədən ötrü?”, “kimin uğrunda?” suallarına hakimiyyət orqanlarının açıq münasibət bildirməsi-vətəndaşlarımızı  cinayət yolundan daşındırardı. Təkcə Müdafiə Nazirliyinin, yaxud hüquq-mühafizə, prokurorluq orqanlarının deyil, həm də siyasi qiymətləndirmə tələb edən məsələyə geniş ictimaiyyətin,  eləcə də kütləvi informasiya vasitələrinin, həmçinin tanınmış hərbçilərimizin fəal mövqe göstərməsi yüzlərlə insanı bizim olmayan müharibədən çəkindirə bilər.

Bir vaxtlar Suriyaya cənnət ümidilə gedənlərin son 4 ildə iki slavyan qardaşın müharibəsində dini müqəddəslik axtarışlarına da yer yoxdur. Ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muzd müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də Vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsinə qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır”, - deyə deputat bildirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri