Icma.az
close
up
RU
Qarabağda layihələr reallaşdıran İtaliya şirkətində çalışan azərbaycanlı

Qarabağda layihələr reallaşdıran İtaliya şirkətində çalışan azərbaycanlı

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Roma, 12 may, AZƏRTAC

AZƏRTAC xarici universitetlərdə təhsil alan və beynəlxalq şirkətlərdə çalışan azərbaycanlılar haqqında silsilə materialları davam etdirir. Budəfəki həmsöhbətimiz Turin Universitetində magistr təhsili almış və hazırda İtaliyanın “ArtCloud Network International” şirkətində çalışan Zərifə Qasımzadədir. O, müsahibəsi zamanı xaricdə təhsil almaq motivasiyası, beynəlxalq şirkətdə qazandığı iş təcrübəsi və ölkəmizi layiqincə təmsil etməklə bağlı fikirlərini bölüşüb.

- Özünüz barədə məlumat verərdiniz.

- Mən Bakıda anadan olmuşam, 25 nömrəli tam orta məktəbi bitirib, bakalavr təhsilini Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsində başa vurmuşam. Magistr təhsilimi isə İtaliyanın Turin Universitetində Avropa hüququ ixtisası üzrə almışam. Hazırda “ArtCloud Network International” şirkətində icraçı layihə rəhbəri kimi fəaliyyət göstərirəm.

- Bir qədər “ArtCloud Network International” şirkəti haqqında.

- Şirkətimiz dünyanın bir çox ölkəsində layihələr həyata keçirir. Ən önəmli layihələrimiz isə Qarabağda Zəfər və İşğal muzeyləri komplekslərinin konsepsiyasının hazırlanmasıdır. Bununla yanaşı, Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Şuşada Gövhər Ağa məscidinin mədrəsəsi, Üzeyir Hacıbəylinin ev- muzeyi, Mir Möhsün Nəvvab muzeyi kimi mədəni irs nümunələrinin layihələndirilməsi üzərində çalışırıq.

- İşinizin hansı tərəflərini daha çox sevirsiniz?

- İlk öncə bir azərbaycanlı kimi məhz “ArtCloud Network International” şirkətində çalışmağımla fəxr edirəm. Çünki şirkətimiz işğaldan azad edilmiş Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə, erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərin təmiri, bərpası və yenidən qurulmasına öz töhfəsini verir. Bu, həqiqətən də qürurvericidir. Mayın əvvəlində Ağdam, Xankəndi və Şuşaya səfər edən italiyalı parlamentariləri müşayiət edən qrupda idim. İşğaldan azad edilən ərazilərimizdə tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulması layihələri İtaliya Parlamentinin nümayəndə heyətinin üzvlərinin böyük marağına səbəb oldu, onlar Qarabağdan zəngin təəssüratla ayrıldılar. Qonaqlar, həmçinin Cıdır düzündən açılan gözəl təbiət mənzərəsini də seyr etdilər.

- Ölkəmizi xaricdə necə təmsil edirsiniz?

- Bir azərbaycanlı olaraq İtaliya-Azərbaycan dostluq əlaqələrinin gələcəkdə daha da möhkəmlənməsi üçün əlimdən gələn töhfəni verməyə çalışıram. Eyni zamanda, İtaliyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə və tədbirlərdə şirkətimizin Qarabağdakı layihələri haqqında məlumat verirəm. Eyni zamanda, Azərbaycanın İtaliyadakı səfirliyində və tabeliyindəki Mədəniyyət Mərkəzində keçirilən mədəni tədbirlərdə iştirak edirəm. Fikrimcə, hansı ölkədə yaşamağından və harada çalışmağından asılı olmayaraq hər bir azərbaycanlı ölkəmizi layiqincə təmsil etməli, tariximizlə və xalqımızla bağlı həqiqətləri dünyaya yaymalıdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri