Icma.az
close
up
RU
Qarabağda tam yekunlaşacaq quruculuq işləri çoxsaylı yeniliklər gətirəcək MÜNASİBƏT BİLDİRİLDİ

Qarabağda tam yekunlaşacaq quruculuq işləri çoxsaylı yeniliklər gətirəcək MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq olan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcəkdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, Cənab Prezident İlham Əliyev demişdi ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik və artıq Qarabağ öz gözəliyi ilə görənləri heyran edir: "İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.

Bu gün dövlətimizin rəhbəri həm qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində sistemli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Qarabağ böyük xammal bazasına malikdir. Qarabağ füsunkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı çoxspektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir".

"Bu gün cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfər etməsi də bir daha təsdiq edirki, Qarabağdakı quruculuq işlərinə rəhbərlik səviyyəsində nəzarət edilir. Səfər çərçivəsində ölkə başçısı və birinci xanım Ağdamda görülən tikinti işləri ilə tanış olublar. Beləliklə, Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələr həyata keçirilməsi də reallaşacaqdır.

Qarabağın aran hissəsindən giriş qapısı olan Ağdamın uzun illər ərzində ermənilər tərəfindən vəhşicəsinə yağmalanmasına, vandalcasına dağıdılmasına baxmayaraq 4 ildə aparılan quruculuq işləri sözün əsl mənasında rayona yeni nəfəs verdi. Tezliklə Qarabağın ümumrespublika iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri