Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Qarabağdakı Alban abidələrinin tarixi və maddi mədəni irsi AMEA da araşdırılıb

Qarabağdakı Alban abidələrinin tarixi və maddi mədəni irsi AMEA da araşdırılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfrans təşkil olunub

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ermənilərin alban irsinə aid abidələrdə saxtalaşma apardıqlarından danışıb. Akademik deyib: “Tarixi abidələrə süni şəkildə kobud müdaxilələr edilir, onların üzərinə yalançı kitabələr həkk olunur. Əsl tarixi kitabələr isə vaxtilə oğurlanaraq İrəvana aparılıb, dəyişdirilib və abidələrin həqiqi mətnləri təhrifə məruz qoyulub. Hətta son dövrlərdə bu abidələri qəsdən zədələyərək guya erməni irsinə aid olması barədə yalan təsəvvür formalaşdırmağa çalışırlar. Bütün bunlar Qafqaz Albaniyası tarixinə yönəlmiş əsassız erməni iddialarının və tarixi saxtakarlığın növbəti bariz nümunəsidir”.

Akademik İsa Həbibbəyli torpaqlarımız işğaldan azad edildikdən sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən arxeoloji ekspedisiyaların təşkil olunduğunu, ərazidə genişmiqyaslı qazıntı işlərinə başlanıldığını, alimlərimiz müstəqillik dövrünün tələblərinə uyğun olaraq alban abidələrini yenidən dərindən və elmi əsaslarla tədqiq etdiklərini bildirib: “Məhz bu elmi həqiqətlərin üzə çıxarılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Ermənistan tərəfinin Azərbaycan ərazisində olan Qafqaz Albaniyası abidələrinə dair irəli sürdükləri iddiaları qətiyyətlə pisləyir və bu səslənən fikirləri qeyri-elmi, tarixə əsaslanmayan fikirlər kimi rədd edirik”.

Sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, Ramil Ağayev, Azərbaycanın qədim dövr tarixi şöbəsinin müdiri Ramin Əlizadə və Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi dosent Telman İbrahimov çıxış edib. Çıxışlarda Qafqaz Albaniyasının tarixi və maddi-mədəni irsinin tədqiqi, bu irsin Azərbaycan xalqının dövlətçilik və mədəniyyət tarixindəki yeri, işğal dövründə Azərbaycan ərazilərində tarixi-mədəni irsin saxtalaşdırılması və mənimsənilməsi cəhdləri ilə bağlı məsələlərə geniş toxunulub. Bildirilib ki, müxtəlif dövrlərə aid arxeoloji abidələrin, alban xristian məbədlərinin, qəbirüstü nümunələrin və digər maddi-mədəni irs obyektlərinin mənsubiyyətinin dəyişdirilməsi, tarixi faktların təhrif olunması və bu abidələrin başqa mədəniyyətlərin irsi kimi təqdim edilməsi cəhdləri elmi araşdırmalarla üzə çıxarılır.

Qeyd olunub ki, Azərbaycan alimlərinin işğaldan azad edilmiş ərazilərdə apardıqları arxeoloji tədqiqatlar, aşkar edilən maddi nümunələr və yazılı mənbələrin müqayisəli təhlili Qafqaz Albaniyasının tarixi, dini və mədəni irsi ilə bağlı yeni elmi faktların üzə çıxarılmasına imkan verir.

Konfransın yekununda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli elmi konfransın materiallarının nəşr edilməsi, Qafqaz Albaniyası irsinin fundamental əsaslarla tədqiqi və erməni saxtakarlıqlarına qarşı sistemli elmi mübarizənin təşkili məqsədilə Akademiyada kompleks tədbirlər planının hazırlanması barədə tapşırıq verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri