Icma.az
close
up
RU
Qarabağdan Qafqaz regionunda bir ilk

Qarabağdan Qafqaz regionunda bir ilk

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını (Sustainability Report) ictimaiyyətə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisinin saytına yer alan məlumatda bildirilib:

"Bu mühüm addım klubun idman sahəsi ilə yanaşı, sosial məsuliyyət, ekoloji yanaşma və müasir idarəetmə prinsipləri istiqamətində də lider mövqeyini bir daha təsdiqləyir. Bu təşəbbüs təkcə Azərbaycanda deyil, bütövlükdə regionda bir ilkdir. "Qarabağ", eyni zamanda, Avropa komandaları arasında da bu istiqamətdə hesabat hazırlayan qabaqcıl klublardan biri kimi fərqlənir.

Təqdim olunan hesabatda klubun aşağıdakı istiqamətlər üzrə fəaliyyəti geniş şəkildə əks olunub:

- Ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması;

- Sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri və icma ilə əlaqələr;

- Korporativ idarəetmə və şəffaflıq prinsipləri.

Hesabat, həmçinin klubun gələcək inkişaf strategiyasını, beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımları və uzunmüddətli dayanıqlılıq hədəflərini əhatə edir.

Qeyd edək ki, hesabat klubumuzla əməkdaşlıq çərçivəsində dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan "Deloitte"un dəstəyi ilə hazırlanıb. Şirkət xüsusilə dayanıqlılıq hesabatlarının hazırlanması, ESG (Environmental, Social, Governance) standartlarının tətbiqi və korporativ şəffaflığın artırılması istiqamətində beynəlxalq təcrübəsi ilə tanınır.

"Qarabağ" ilə əməkdaşlıq çərçivəsində "Deloitte" hesabatın beynəlxalq standartlara uyğun strukturlaşdırılması, məlumatların düzgün ölçülməsi və təqdim olunması, eləcə də qlobal hesabatlılıq prinsiplərinə inteqrasiya prosesinə metodoloji dəstək göstərib. Bu tərəfdaşlıq sənədin etibarlılığını və beynəlxalq səviyyədə qəbul olunma potensialını daha da artırır. Xatırladaq ki, "Qarabağ" Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi "İqlim Fəaliyyəti üçün İdman" (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşıdır. Klubumuz bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin "Race to Zero" kampaniyasının dəstək göstərərək qlobal iqlim hədəflərinə töhfə vermək öhdəliyini təsdiqləyir".

Klubumun prezidenti Tahir Gözel dayanıqlılıq hesabatının yalnız görülən işləri deyil, həm də illər ərzində formalaşdırılan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirdiyini bildirib:

"Bu hesabat illər ərzində formalaşdırdığımız dəyərlərin, məsuliyyət anlayışımızın və gələcəyə baxışımızın əyani ifadəsidir. Burada gördüyümüz işlərlə yanaşı, inandığımız prinsipləri və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti əks etdiririk. Bu təşəbbüs klubumuz üçün, Azərbaycan üçün, bütövlükdə region üçün bir ilkdir. Hesabatdakı hər bir məqam real fəaliyyətlərə, ölçüləbilən nəticələrə əsaslanır. Biz inanırıq ki, bu yanaşma regionda fəaliyyət göstərən digər klublar üçün də istinad nöqtəsinə çevriləcək və dayanıqlı inkişafın yeni mərhələsinə təkan verəcək. Sözügedən hesabat, həmçinin COP29 çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin bir hissəsidir. Şübhəsiz ki, bu, ilk hesabatımızdır və biz bu istiqamətdə ilkin addımlarımızı atmağa başlamışıq. İnanırıq ki, növbəti hesabatlarda daha ətraflı, inkişafyönümlü və müqayisə oluna bilən nəticələr də öz əksini tapacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 May 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri