Icma.az
close
up
RU
“Qarabağ”ın 7 ci rəqibi Rumıniya rekordçusu İdman və Biz

“Qarabağ”ın 7 ci rəqibi Rumıniya rekordçusu İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın Avropa Liqası Liqa mərhələsində 7-ci rəqibi 77 yaşlı Rumıniya FCSB-sidir.

İdman.biz 1947-ci ildə yaradılmış və son dövrə qədər “Styaua” kimi tanınan Buxarest klubunun tarixinə və son çıxışlarına nəzər salıb.

1951-ci ildə ilk dəfə Rumıniya çempionluğunu qazanan klub indiyədək ölkəsində hamıdan çox – 27 dəfə bu titula sahib çıxıb. Son çempion titulunun daşıyıcısı da bu klubdur.

Beynəlxalq arenada komandanın “qızıl dövrü” 80-ci illərin ortalarına təsadüf edir. 1986-cı il Avropa Çempionlar Kubokunun qalibi həmin il UEFA Superkubokunu da qazanmışdı. “Styaua” 1989-cu ildə Çempionlar Kubokunun finalınadək irəliləyə bilmişdi.

Klubun 1987-1990-cı illərdəki uğurlarında rumın futbolunun əfsanəsi Georgi Hacinin imzası var.

Hazırkı ölkə çempionatında FCSB 22 oyundan 38 xalla 2-ci pillədədir və lider Kluj “Universitatya”sından 2 xal geri qalır. Komandanın forvardı Daniel Birliqea 10 qolla çempionatda bombardirlər siyahısında öndədir. Darius Olaru komandasının 8 qoluna imza atıb.

Son qitə mövsümünə komanda Çempionlar Liqasında 3 mərhələ oynadıqdan sonra yolunu Avropa Liqasında pley-offda davam etdirib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində San-Marino “Virtus”unu asanlıqla adlayan (7:1, 4:0) FCSB, ardından İsrailin Tel-Əviv “Makkabisi”ni çətinliklə keçib (1:1, 1:0). Elə bu cür gərgin mübarizədə növbəti rəqibi olan Çexiyanın Praqa “Sparta”sı ilə rəqabətdə üzüağ çıxa bilməyərək (1:1, 2:3) yolunu Avropa Liqasının pley-offuna salıb. Burada Avstriya “Lask”ını minimal üstünlüklə (1:1, 1:0) keçən FCSB, Liqa mərhələsinə Latviya RFŞ-si (4:1) və Yunanıstan PAOK-u (1:0) üzərində qələbələrlə başlayıb. Şotlandiya “Reyncers”indən dərs aldıqdan (0:4) sonra 3-cü qələbəsini Danimarka “Midtyullan”ı (2:0) üzərində qazanıb. Buxarest klubunun “Olimpiakos” (Yunanıstan) və “Hoffenhaym”la (Almaniya) son iki oyununda hesab açılmayıb.

Çempionlar Liqası təsnifatlarında komandanın 16 qolundan 4-nü Darius Olaru vurub. Malkom Edjouma və David Mikulesku hərəyə 3 dəfə fərqləniblər. Avropa Liqasında isə pley-off və Liqa mərhələsində Birliqea ilə Olaru hərəyə 3 dəfə fərqləniblər.

Vüqar Məmmədov
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri