Icma.az
close
up
RU
“Qarabağ”ın “Barselona” ilə əməkdaşlığı barədə söhbətimiz olmadı”

“Qarabağ”ın “Barselona” ilə əməkdaşlığı barədə söhbətimiz olmadı”

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda “Şamaxı”nın qonağı olub.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Qurbanov 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Ayxana təşəkkür etmək istəyirəm ki, belə bir komanda formalaşdırıb. Çox yaxşı mübarizə aparırdılar və bizim üçün xeyli təhlükə yaratdılar. Və öz oyunçularımı təbrik edirəm. Sona qədər oynadılar. Ümumən hər iki komanda yaxşı çıxış etdi və mövsümü major notlarla bitirdilər.

Bir neçə gün Barselonada oldum. Demək olar ki, bütün yaş qruplarının məşqlərində oldum. Bir neçə klub rəsmisi, o cümlədən Hansi Fliklə görüşdüm. Çox ciddi klubdur. Dəyişikliyə qalsa, bəli, ilk getdiyim vaxtla nisbətdə ulduzlar daha üstünlük təşkil edir. Ümumən, mənim üçün ora getmək çox vacibdir. Bir daha əmin oldum ki, sistemi qoruyub saxlamaq çox vacibdir. O demək deyil ki, komandada ulduz oyunçu olmalıdır və elə biri gəldi, vəssalam. Xeyr, belə bir şey yoxdur. Maraqlı bir səfər alındı. Hər birinə təşəkkür edirəm, mənim üçün faydalı oldu.

“Qarabağ”ın “Barselona” ilə əməkdaşlığı barədə söhbətimiz olmadı. Bizim hələ elə bir şəraitimiz yoxdur. Mən onların akademiyalarını gəzib qurtara bilmirdim. Böyük bir klubdur. Amma hər bir halda, bizim onlarla münasibətlərimiz yaxşı səviyyədədir. Onların Bakıda akademiya açmaları hər bir halda faydalı olacaq.

Ölkə kubokuna mütləq şəklidə ciddi yanaşmışıq, belə olmasaydı, finala qədər gəlib çıxmazdıq. Amma qarşımızda çox ciddi, istəkli bir komanda var. Dediyim kimi, ciddi hazırlaşırıq və necə olacaq, görəcəyik.

Benzia ilə bağlı öz tərəfimizdən mövqeyimizi bildirmişik. Qalıb onların tərəfi. Benziadan başqa, digər oyunçularla da aktiv danışıqlarımız var. O ki qaldı gedəcək futbolçulara, ola bilər. Amma hazırda finala hazırlaşırıq. Byndan sonra bəzi qərarları verəcəyik. Gedənlər ola bilər, amma gələnlər də vacibdir, hansı ki, istədiyimiz oyunçuları, istədiyimiz sayda gətirə bilək.

Mənim üçün heç bir fərqi yoxdur, istər legioner, istərsə də yerli olsun. Mənim üçün vacibdir ki, tələblərimi yerinə yetirsin”.

“Qarabağ” 2024/25 mövsümünü 89 xalla turnir cədvəlinin 1-ci pilləsində başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 May 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri