Icma.az
close
up
RU
Qarabağın deputatları da öz ata baba yurdlarına QAYIDACAQ

Qarabağın deputatları da öz ata baba yurdlarına QAYIDACAQ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına “Böyük Qayıdış” prosesi sürətlə və mərhələli şəkildə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı layihə çərçivəsində minlərlə vətəndaş doğma yurd-yuvalarına qovuşur.

Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur qurulur, yaşayış məntəqələri bərpa olunur, bölgənin sosial və iqtisadi həyatı canlanması istiqamətində işlər aparılır.

Hazırda azad olunmuş ərazilərdə 50 mindən artıq vətəndaş yaşayır və fəaliyyət göstərir. İlin sonuna qədər bu rəqəmin daha da artacağı güman edilir.

Bəs azad olunmuş rayonları parlamentdə təmsil edən deputatlar da yurd həsrətinə son qoyub, doğma torpaqlara köç etməyi düşünürlərmi?

Modern.az məsələyə aydınlıq gətirmək üçün işğaldan azad olunmuş ərazilərin parlamentdəki təmsilçiləri arasında sorğu keçirib.

Laçın rayonunun deputatı Rövşən Muradov saytımıza danışan zaman Laçına köçlə bağlı böyük arzularının olduğunu dilə gətirib:

"Mənim atam Laçınlıdır, özüm isə Bakıda doğulub böyümüşəm. Ancaq 22 yaşıma qədər 2 ildən bir Laçın rayonunda olmuşam.

Bu günə qədər Laçının yalnız 3 kəndinə - Sus, Zabux və Bəylik, eləcə də Laçın şəhərinin özünə müəyyən qədər köç həyata keçirilib. Hazırda, yalnız 3492 nəfər Laçında məskunlaşıb. Halbuki, Laçın rayonunun ümumi əhalisi təxminən 77 min nəfər təşkil edir. Bu isə o deməkdir ki, cəmi 5 faiz insan doğma yurduna qayıda bilib”.

O eyni zamanda əvvəlki dövrdə Laçında ata-baba evlərinin olduğunu söyləyib:

“Arzum odur ki, gələcəkdə imkan olsa, orada balaca bir torpaq sahəsi alıb ev tikim və ora köçüb yaşayım. Övladlarımı təəssüf ki, hələ ki Laçına apara bilməmişəm, amma inşallah payızda getməyi planlaşdırırıq.

Əsas istəyim isə Laçında bir evimizin olmasıdır. Bacı-qardaşlarım, hamımız üçün də bir ev kifayət edər ki, gedib-gəlib öz kəndlimizlə görüşək, doğma yurda bağlı qalaq”.

Millət vəkili həmçinin vurğulayıb ki, ola bilsin pensiya yaşına çatdıqda ümumiyyətlə Laçına köçsün:

“Hazırda ailəm Bakıda yaşayır, işimiz də buradadır. Amma gələcəkdə bu arzumuz reallaşa bilər. Allah ömür versə, təxminən 10 ilə pensiyaya çıxacağam və o zaman bu arzumu həyata keçirmək istəyirəm.

Düşünürəm ki, sülh və sabitlik davam edərsə, Laçın tezliklə tam şəkildə məskunlaşa bilər. O zaman mən də, bir Laçınlı olaraq, 2-3 sot torpaq sahəsi alıb orada ocaq yandırmaq istərdim. Hər bir Laçınlının doğma torpaqda bir evi, bir yurdu olsa, çox gözəl olar”.

“Bəlkə gələcəkdə təsərrüfatla da məşğul olaram, çünki Laçın kənd təsərrüfatı ilə məşhurdur”,-  deyə R.Muradov əlavə edib:

“Hətta Qarabağ Universitetinin bir filialı açılsa, orada dərs deməyi də düşünərəm. Bütün bu arzular var, amma bu gün hələ ki əsas prioritet, Bakıda çətin şəraitdə kirayələrdə, yataqxanalarda yaşayan Laçın sakinləridir. Onlar tam məskunlaşmayınca, bizim də kəndə qayıtmaq barədə düşünməyimiz düzgün olmaz. İstəyirəm ki, birinci növbədə onlar evlərinə qovuşsun, sonra biz də öz kəndimizdə ev tikib yaşayarıq”, - o bildirib.

Xocalını təmsil edən deputat Elman Məmmədov da səbirsizliklə qayıtmağı gözləyir:

“Böyük Qayıdış çərçivəsində Xocalı rayonuna və kəndlərinə xeyli ailə köçürülüb. Yaxın zamanlarda daha böyük köçlərin həyata keçiriləcəyi gözlənilir - Xocalı şəhəri, Təzəbinə, Daşbulaq, Badara, Xanyurdu, Ballica və Naxçıxanlı kəndlərinə, eləcə də Seydibəyli kəndinə köç planlaşdırılır. Sentyabr-oktyabr-noyabr aylarında bu prosesin daha da genişlənməsi nəzərdə tutulur”.

Həmsöhbətimiz ata-baba yurdunda evinin tikilib tamamlanmasını gözlədiyini söyləyib.

“Hələlik bizim evin, eləcə də bizim məhəllədə bir sıra digər ailələrin evlərinin tikintisi yarımçıq qalıb. Tikinti şirkətləri və aidiyyəti məsul qurumlar yaxın günlərdə işlərin yenidən başlayacağını və evlərin tamamlanacağını bildirirlər. Mən də səbirsizliklə gözləyirəm ki, bizim də evimiz tikilsin və doğma yurdumuza birdəfəlik qayıdaq”.

“Təbii ki, hər kəs kimi mənim də ən böyük arzum doğma yurda, öz torpağıma qayıtmaqdır”.

Bu sözləri Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov deyib.

“Bildiyimiz kimi, Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bu ərazilər yenidən dirçəlir.

Artıq Cəbrayılda əhalinin məskunlaşması başlayıb. Hər bir keçmiş məcburi köçkün kimi, mən də həmin günü – doğma yurda qayıdış gününü böyük bir səbirsizliklə gözləyirəm”.

Millət vəkili bildirib ki, hər kəs bu qayıdışı mənəvi borc kimi qəbul edir:

“Ancaq bu gün əsas prioritet daha ağır şəraitdə yaşayan vətəndaşlarımız olmalıdır. Əvvəlcə onların yerləşdirilməsi həyata keçirilməli, daha sonra biz də öz torpağımıza qayıdaraq orada yaşamalıyıq. Bu həm bir missiya, həm də böyük bir qürurdur.

Biz bu günü illərlə gözləmişik. Məmnuniyyətlə və qürurla geri qayıdacağıq, orada yaşayacaq, fəaliyyət göstərəcəyik. Heç bir şübhəmiz yoxdur ki, bu hədəfə çatacağıq - doğma yurda qayıdıb, onu yenidən qurub orada məskunlaşacağıq”, - deyə C.Məmmədov fikrini sonlandırıb.

Füzuli rayonunu təmsil edən millət vəkili Vüqar Bayramov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur hazırda yenidənqurma mərhələsindədir. Onun sözlərinə görə, Füzuli rayonunda da bərpa və quruculuq işləri davam edir. İkinci mərhələnin ilin sonunda başlanması planlaşdırılır. Artıq 3500-dən çox vətəndaş Füzuli şəhərində məskunlaşıb.

“Mən Füzuli rayonunun Aşağı Güzlək kəndindənəm. Kəndimizin, qonşu kəndlərlə birlikdə bərpası nəzərdə tutulub. İlkin proqrama əsasən, bizim kəndin bərpası 2027-ci ildən etibarən həyata keçiriləcək və bu proses 2030-cu ilə qədər davam edəcək.

Kənd tam bərpa olunduqdan sonra oraya köçmək niyyətindəyəm. Uşaqlığımın keçdiyi bu yurda qayıtmaq mənim üçün həm xatirə, həm də vəfa borcudur. Bu məqsədlə müvafiq qurumlara müraciət edəcəyəm”.

Deputat onu da qeyd edib ki, Aşağı Güzlək kəndinin Qarakollu kəndi ilə birləşərək yeni bir yaşayış məntəqəsi halına gələcəyi planlaşdırılır:

“Bərpadan sonra oraya köçmək və yaşamaq mənim də ən böyük arzularımdandır. Məcburi köçkünlərin böyük əksəriyyəti kimi mən də səbirsizliklə kəndimizin bərpasını və geri dönüşümüzü gözləyirəm”.

Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev də öz növbəsində böyük səbrsizliklə Qarabağa – ata-baba yurduna qayıtmağı gözlədiyini söyləyib:

"Hazırda valideynlərim və qardaşlarımla birlikdə Bakı şəhərində yaşayırıq. Köç siyahısına əsasən, bizim ailənin Şuşaya geri qayıdışı ilə bağlı müvafiq siyahı üzrə növbə çatdıqda, biz də məmnuniyyətlə və qürurla Şuşaya qayıtmağı planlaşdırırıq",- deyə millət vəkili bildirib.

Aytac Şirinzadə

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri