Icma.az
close
up
RU
Qarabağın deputatları ata yurdlarına nə vaxt QAYIDACAQLAR...

Qarabağın deputatları ata yurdlarına nə vaxt QAYIDACAQLAR...

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin 118 saylı Ağdam - Xocalı seçki dairəsindən deputatı Elman Məmmədov artıq doğma yurduna - Xocalıdakı evinə köçüb.

Bu barədə saytımıza Elman Məmmədov özü məlumat verib.

O deyib ki, Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıdakı evinin həyətində yandıracaq.
Elman Məmmədov Qarabağa qayıdan ilk məcburi köçkün deputat olub.

Digər məcburi köçkün deputatların da öz yurdlarına qayıdışa hazırlaşıb-hazıraşmadığı maraq doğurur.

Modern.az saytı bununla əlaqədar işğaldan azad olunan ərazilərin deputatlarına müraciət edib.

Ağdamdan olan deputat Aqil Abbas qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ona ev verilməyəcəyi bildirilib:

“Ağdamda mənə ev düşmür. Çünki mən köçkün sayılmıram. Bununla belə, çalışacam ki, mən də ora köçüm. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşam. Dedilər ki, sən məcburi köçkün  sayılmırsan. İndi mən Ağdamda ya öz hesabıma ev tikəcəm, yaxud kimsə tikibsə, ondan pulla alacam”.

Füzulidən olan deputat Vüqar Bayramov kəndlərinin hələ bərpa prosesinə daxil edilmədiyini deyib:

“Aşağı Güzlək meşəlik və dağlıq ərazidə yerləşən kifayət qədər mənzərəli kənddir. Təəssüf ki, işğal vaxtı tamamilə dağıdılaraq, məhv edilib. Kəndimizin bərpası nəzərdə tutulur. Ancaq hələlik proses mərhələli şəkildə həyata keçirilir. Yəni, mənim qeydiyyatda olduğum, doğulub boya-başa çatdığım kənd hazırda bərpa prosesinə daxul edilməyib".

Deputat bərpa prosesindən sonra kəndinə qayıdıb, orada məskunlaşmağı planlaşdırdığını qeyd edib:

"O baxımdan kəndimiz də bərpa olunduqdan sonra ora qayıdıb yenidən məskunlaşmağı planlaşdırıram. Kəndimizin bərpası, orada infrastruktur və yaşayış evlərinin inşa edilməsi mərhələli şəkildə həyata keçiriləcək. Şübhəsiz ki, mən də öz ata -baba yurduna qayıtmaq istəyən keçmiş məcburi köçkünlərdən biriyəm”.

Laçından olan deputat Rövşən Muradov artıq qohumlarının bir qisminin doğma yurda qayıtdığını bildirib:

“Məsələ burasındadır ki, mən Bakıda böyüyüb boya-başa çatmışam. Laçında mənim əmilərim, bibilərim yaşayıblar. Əlbəttə ki, indi konkret olaraq, ata tərəfdən qohumlarım - əmi və bibi uşaqları Qarabağa köçürlər. Onlardan Laçına da, Xocalının Ballıca, Şuşakənd kimi kəndərinə köçənlər də var. Onlar bunu özləri istəyib, ərizə yazıblar. Laçının 77-78 min əhalisindən bu gün cəmi 5 min nəfəri faktiki olaraq geri qayıdıb. Bizim doğma kəndimiz Xumartadır. Baba evimiz orada olub. Oralara köç olanda, biz də gedib ata-baba yurdunda özümüz tikib düzəldərik”.  

Deputat təqaüdə çıxdıqdan sonra köçüb Laçında yaşaya biləcəyini deyib:

“Amma qohumlar yavaş-yavaş köçürlər. Yenə deyirəm, Laçının cəmi üç kəndi hazırdır. Bir də şəhərin özü. İndi daha iki-üç kənd də yaşayış üçün hazırlanır. Gələcəyi də Allah bilir. Qabaqcadan köçü proqnozlaşdıra bilmirəm. Yəni mən bilmirəm gələcək həyatım necə gətirəcək. Sağlıq olsun, yenə deyirəm, mənim də arzum olar ki, təqaüdə çıxanda orada məskunlaşım. Təqaüd yaşıma da hələ 9 il var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri