Icma.az
close
up
RU
Qarabağın gizli sirri açılır: Şamanlar, sufilər və Tanrı dağından gələn izlər…

Qarabağın gizli sirri açılır: Şamanlar, sufilər və Tanrı dağından gələn izlər…

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağda görüləcək işlərə milli məfkurə yönündən yanaşmalıyıq. Görüləcək bütün işlər, atılacaq bütün addımlar mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına yönəlməlidir və bu proses artıq beş ildir ki, başlayıb".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib. O, bildirib ki, Qarabağın metafizik etimalogiyasını epistolyar mətnlərin əsasında araşdırmaq olar:

"Qarabağda görüləcək işlərə milli məfkurə yönündən yanaşmalıyıq. Görüləcək bütün işlər, atılacaq bütün addımlar mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına yönəlməlidir və bu proses artıq beş ildir ki, başlayıb. Ölkə başçısı, cənab İlham Əliyevin bu yöndə gördüyü işlər Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.  Daha nələr eləmək olar? Məsələn, Qarabağın metafizik etimalogiyasını biz epistolyar mətnlərin əsasında araşdıra bilərik. Bunun üçün Qarabağ əsilli Azərbaycan mütəfəkkiri Əhməd Ağaoğlunun türk şamanizmi motivlərində yazdığı “Mən kiməm? Tanrı dağında” hekayəsi, Maltada sürgündəykən həyat yoldaşı Sitarə xanıma  yazdığı məktublar yetərincə material verir. Böyük şəxsiyyət Mirzə Bala Məmmədzadənin ilk səma ayinlərinin, sufi rəqslərinin XI yüzildə Anadolu ilə yanaşı Qarabağ dağlarında da icra edilməsi ilə bağlı verdiyi informasiya bədii təfəkkürdə Qarabağ amilini yenidən dövriyyəyə gətirir". pizza mizza

Millət vəkili Qarabağın tarixi ədəbi sferası ilə bağlı çox maraqlı nüanslara toxunub:

"Geri alınmış yurd yerlərimizlə bağlı aparılacaq araşdırmaların tədqiqat sferasına Qarabağ dağlarındakı şamanlardan tutmuş Qarabağ dağlarındakı sufilərə, Qarabağda toxunmuş iki min beş yüz yaşlı Pazırıq xalçasındakı oğuz elementlərinə qədər hər kiçik nüans cəlb edilməlidir. Bu isə Qarabağın bir türk Vətəni olaraq daha qədim dövrlərdə formalaşdığının əyani dəlilidir və bu gün Azərbaycan ədəbi zehniyyəti Qarabağ amilinə daha dərindən nüfuz etmək üçün ona həm də bu rakursdan yanaşmalıdır. Yaxud Qarabağın adını ilk dəfə şeirlərinə gətirmiş şair Mir Həmzə Seyid Nigari Qarabaği ilə bağlı araşdırmalara rəvac vermək də çox əhəmiyyətli və ibrətamiz çalar kəsb edər. Seyid Nigari ədəbiyyat tariximizdə xüsusi yer tutan şəxsiyyətlərdən biridir, nəqşibəndi təriqətinin şeyxi, sufi şairdir. Onun yazdığı şeirlər tez bir zamanda xalq tərəfindən sevilərək dillər əzbəri olmuş, Nəqşbəndi təriqətinin müridləri tərəfindən zikr məclislərində ilahilər şəklində oxunmuşdur. Amma əhəmiyyətli və simvolik məqam yalnız bununla bağlı deyil. Mir Həmzə Seyid Nigari poeziyamızda Qarabağı vəsf edən ilk şairdir. Yaradıcılığında Allah, Peyğəmbər, Əhli-Beyt sevgisini tərənnüm etsə, eşqə, məhəbbətə dair şeirlər yazsa da, daha çox  Qarabağ sevgisini tərənnüm edən nəzm ustadı kimi tanınır və qəbul edilir. Azərbaycan və fars dillərində, əruz və heca vəznində qələmə alınmış bu şeirlərlə tanışlıq ədəbi təfəkkürümüzdə Qarabağ amilinə bir də Seyid Nigari kontekstindən nəzər yetirməyi zəruri edir".

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri