Icma.az
close
up
RU
“Qarabağ”ın heyətinə ötəri baxış

“Qarabağ”ın heyətinə ötəri baxış

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən mövsüm avrokuboklarda ən zəif nəticəni göstərən “Qarabağ”da yay “transfer pəncərəsi” dövründə “qabıqdəyişmə” olacağını gözləyirdik. Lakin Ağdam klubu hələ də gözləntiləri qarşılaya bilmir.

Beş futbolçu ilə yolları ayıran “köhlən atlar” cəmi üç transfer edib ki, ikisi yarımmüdafiəçidi, biri də cinah müdafiəçisi. Açıq danışsaq, hazırda komandaya, demək olar ki, hər mövqe üçün transfer lazımdı. Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç və Mateuş Koxalski kimi üç qapıçı olsa da, heç biri böyük hədəflər arxasınca yürüyən komanda səviyyəsində qapıçı deyil.
Müdafiənin sol cinahı ideal vəziyyətdədi. Ölkə çempionatında ən güclü iki cinah müdafiəçiləri – Elvin Cəfərquliyevlə Toral Bayramov Qurban Qurbanovun sərəncamındadı. Mərkəz müdafiəçiləri lazımdı. Hanı? Qocaman Bədav Hüseynov, qeyri-sabit oynayan Bəhlul Mustafazadə və Kevin Medina ilə, məcburiyyətdən mərkəz müdafiəçisinə çevrilmiş Mateus Silva ilə olan işdimi bu? Əsla. Ən azı bir səviyyəli, dayanıqlı, zədəyəmeyilli olmayan stopper lazımdı. Sağ cinah müdafiəsi haqda nəsə demək tezdi. Transfer olmayacağı isə dəqiqdi. Dani Bolt transferi edilib. Yəqin ki, uğurlu olacaq. Komandaya uyğunlaşma prosesi başa çatandan sonra isə hər şey göz qabağında olacaq. Yarımmüdafiəyə iki transfer edildi – Pedri Bikalyo və Kris Kuaku. Kuakunun heç yoxlama oyununu da görməmişik. Bikalyo isə “Qarabağ”a layiq futbolçu kimi görünmür. Yoxlama görüşlərində etdiyi səhvlər ya səviyyəsinin aşağı olmasından irəli gəlir, ya hələ də komandaya uyğunlaşmamasından. Ümid edək ki, ikinci variantdı.
Digər yarımmüdafiəçilər Marko Yankoviç, Aleksey İsayev və Kadi Borgesdi. Alekseyin əsas heyətdə oynamaq gücünün nə dərəcədə olduğunu demək çətindi. Çox güman, yeni transfer Kris Kuaku məhz o mövqeyə transfer edilib. Kadi və Yankoviç ilə bağlı problem yoxdu. Sağ cinah vingerlərində də problem görünmür. Leandro Andrade komandanın sağ cinahında iş görən, gələn mövsüm də görə biləcək futbolçudu. Onu əvəzləyən Aleksey Kaşuk da yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərə bilir. Sol cinahda da komandanın illərdi lideri olan, əvəzedilməz Abdulla Zubir var. Sanki artıq Zubirlə sağollaşmağın vaxtıdı. Komandadan göndərilməsə də, yerinə səviyyəli vinger gətirilməlidi. Oranı hələ də Zubirə həvalə etmək olmaz. Ötən mövsümü də yüksək səviyyədə keçirmədi. “Bude/Qlimt”lə oyun xaric ötən mövsüm avrokuboklarda özünü yaxşı tərəfdən göstərə bilmədi. Azərbaycan çempionatı isə bu komanda üçün göstərici olmalı deyil. Əvəzedicisi Rüstəm Əhmədzadə heç “Zirə”də əsas heyətə düşə bilmirdi.
Gəldik komandanın ən yaralı nöqtəsinə - hücumun mərkəzinə.. Ötən mövsüm başlayanda dörd hücumçu var idi - Juninyo, Redon Cica, Nəriman Axundzadə və Musa Qurbanlı. İndi isə ikisi qalıb. Komanda hələ də mərkəz hücumçusu transfer etməyib. Daha pisi: komandaya gələndə avrokuboklarda ardıcıl qol vuran, qol duyumu yüksək olsa da, lazımi qədər şans qazanmayan Cica da getdi. Görünən qədəri ilə çoxdan getmək istəyirdi. Çünki layiq olduğu şansı qazanmırdı.
Ümumiyyətlə, Ağdam təmsilçisi nə düşünür, necə düşünür, nə edəcək, necə edəcək – bunları demək çətindi. Portuqaliya çempionatının aşağı dəstəsindən başqa liqa yoxdumu? Yoxsa klub həmin liqa ilə müqavilə bağlayıb? Skautlar niyə başqa heç bir ölkəni görmür? Qurban Qurbanovun və komandasının işi gələn mövsüm daha çətin olacaq. Hər halda, indiyə qədər yaşananlar bundan xəbər verir.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri