“Qarabağ”ın sabiq braziliyalı futbolçusu: Juninyo “Flamenqo”da da uğurlu olacaq AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 yanvar, AZƏRTAC
“Juninyonun gedişi “Qarabağ” üçün böyük itki olsa da, klub rəhbərliyi onun yerini necə dolduracağını bilir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Qarabağ”da oynamış braziliyalı futbolçu Çumbinyo həmyerlisi Juninyonun "Flamenqo"ya (Braziliya) keçməsi barədə danışarkən deyib.
O bildirib ki, 28 yaşlı forvard ölkəsində də uğurlu çıxış edəcək: “Olavio Braziliyanın ən köklü və böyük klubuna gəlir. "Flamenqo” hədəfləri yüksək olan komandadır. Burada oynamaq Juninyoya çox yaxşı təsir edəcək. O, son dərəcə sürətli və əla hücumçudur. Oynadığı komandalarda məşqçilərin yaxşı mənada işinə yarayır. Ən önəmlisi isə bitiricilik qabiliyyətinin olmasıdır. Felipe Luis kimi futbol karyerası zəngin mütəxəssislə işləmək ona müsbət mənada fayda verəcək”.
Qeyd edək ki, “Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:107
Bu xəbər 13 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















