“Qarabağ”la oyunda tam formada deyildik”
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Zirə” yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirir. “Qartallar” toplanış çərçivəsində ilk oyunda “Qarabağ”a uduzub – 0:4.
Azərbaycan çempionatının gümüş medallarını qazanan “Zirə”nin futbolçusu Ceyhun Nuriyev “FutbolPress“ə açıqlamasında toplanış və görüşlə bağlı fikirlərini bölüşdü:
“Hazırlığımız qaydasında gedir. Tam komanda ilə intensiv məşqlər edirik. İnşallah, “Hayduk”la oyuna hazır olacağıq. “Qarabağ”la matç toplanışın ilk görüşü idi. Ona görə yaxşı formada deyildik. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Oyunun nəticəsinin bizimçün önəmi yoxdur”.
Nuriyev komandanın Konfrans Liqasında “Hayduk”la (Xorvatiya) oyunlarından gözləntilərini bölüşdü:
“Oyunlar üçün hazırlaşırıq. Hazırlığımızdan çox şey asılıdır. Bütün komponentlərdə yaxşı olmalıyıq. Ümid edirəm ki, yaxşı nəticə əldə edə biləcəyik”.
“Zirə” “Hayduk”la ilk oyunu iyulun 23-də “Neftçi Arena”da keçirəcək. Cavab görüşü isə 31 iyulda Splitdə olacaq.
Şahin Cəfərov
“Zirə” “Hayduk”la ilk oyunu iyulun 23-də “Neftçi Arena”da keçirəcək. Cavab görüşü isə 31 iyulda Splitdə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 01 İyul 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















