Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

QARAÇI QIZI Qəşəm İsabəylidən HEKAYƏ

QARAÇI QIZI Qəşəm İsabəylidən HEKAYƏ

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

–İrili-xırdalı günahlarıyla aramıza müxtəlif vaxtlarda uzun ayrılıqlar salan bir xanımla 2019-dan naməhrəm münasibətimiz vardı. – Tələbə yoldaşım N. bir dilim limonu çayına salıb, birini də götürüb dişinə çəkəndən sonra sol əliylə rəngini itirmiş eşşəkqanqalı çiçəyinə oxşayan saçlarını sığallayıb, adəti üzrə açdı sandığı, tökdü pambığı. –Nə gizlədim səndən, ay şair, bu xanımla görüş vaxtını reallaşdıranda, görüş yeri tapmaq barədə tez-tez ağır problemlərlə üzləşirdik. Belə vaxtlarda deyib da ustad:

“Canan bulunur, daneyi-imkan ələ düşməz,

İmkan bulunur, daneyi-canan ələ düşməz!”

Bir dəfə hövsələdən necə çıxdımsa, inana ki, başımı itirdim. O dəqiqə xanım “cayıananlıq” elədi mənə. Halbu ki, tez-tez soruşurdum, bəlkə tanış yerin ola? Daş atıb, başını tuturdu: “Mən sənin üçün küçə qadını deyiləm, ha!”. Neyləyim, udurdum. Amma bu dəfə:

–Gəlsənə, rəfiqəmgilə gedək?! – Dedi.

–Rəfiqən?! Deyirdin bəs rəfiqəm yoxdu?!

–Düz deyirdim, mənim rəfiqəm olmur. Bu da, vallah, öz ayağıyla gəlib, özünü yaxıb mənə, xalq artistdi xalis, sən məni atıb getdiyin 2023-dən canbir qəlbdə olmuşuq. Özü hansısa rayondandı, əri türkiyə vətəndaşıdı, oğlunu qoyub sinfimə, uşağa da yaxşı baxıram. Desəm, icazə ver, gələk sizə...

–İmtina eləməz?!

–Xoşhal olar.

–Necə?

–Əri onsuz da səhər açılan kimi evdən çıxır, bu da oğluyla qızını götürüb, evi verəcək öhdəmizə. Kasıb adamlardı, 30 manat da az pul deyil onlardan ötrü.

Beləcə xanımla ayda bir neçə dəfə canı cana yetirirdik. Xanım da rəfiqəsiylə vədələşib, küçədə açarı götürürdü ondan. Oğlu abırlı uşağa oxşayırdı, müəlliməsinin gözünə görünməzdi. Gəl ki, qızı...Yerdən iki qarış hündür ola-olmaya, üz-gözündən hər cür biclik yağan 4 yaşlı bu dozanqurdu korun əsası kimi rəfiqənin yanından əskik olmazdı. Hər dəfə bu qızı görəndə gülmək tuturdu məni. Köhnə kişilər demişkən, qız deyildi, vallah, cələqırmışın biriydi. Özü də biz açaı almağa gedəndə tez-tez də anasını sorğu-suala tuturdu:

–Bu kişi kimdi, ana, bu arvad kimdi?

–Bunlar ər-arvaddı, bala!

–Öz evləri yoxdu bunların?

–Küçədə yaşamayacaqlar ki, əlbəttə var?!

–Bəs bizə niyə gəlirlər, ana?

–Gizli söhbət eləyəcəklər.

–Ər-arvad gizli söhbəti başqa evdə eləyir, ana?!

–Ay qız, xalxın dərdi sənə qalmayıb, kəs səsini, qaraçı qızı, qaraçı! Bunun filosofluq eləməyinə bax, sən Allah!

Qız səsini kəssə də hər şeyi bilirmiş kimi bic-bic bizə baxıb, göz də vururdu hətta.

Biz də, öz aləmimizdə, Fələkdən bir gün də qopardıb, deyə-gülə rəfiqənin mənzilindən çıxır, yenidən küçədə açarı qaytarırdıq ona...

Bir dəfə də maşını yolun qırağına verib, rəfiqəni gözləyirdik. İnsafən, tez də gəlib çıxdı. Birdən xanım elə güldü... səksəndim:

–Nə oldu sənə?!

–Sən Allah, ona bax!

Baxdım ki, qız lap qaraçı uşaqları kimi belini əyib, boynunu qoyub çiyninə, gözlərini zilləyib üzümüzə, əllərini qoşalayıb, açıb tutub bizə tərəf. Anası eşitməsin deyə pıçıldadım:

–Bu ki, dilənir?!

–Çox istəmirəm, 1 manat da bəs eləyər. – Deyə, özünü yırğaladı.

–Bir manat?! – Çaşdığımdan bilmədim nə deyim. – Maşının saxlanc yerindən manatı gö-türüb verdim xanıma. O da qoydu qızın ovcuna.

Qız üç dəfə əyilib, üç dəfə dikəlib, ikiəlli puldan yapışıb, öpüb gözünə sürtəndən sonra cəld soxdu şalvarının sol cibinə. O dəqiqə də əllərini açıb, göyə qaldırdı:

–Allah sizi bir-birinizə çox görməsin. Amin, Allah!

Gülmək tutdu bizi.

–Allah bunun üzünün suyunu töksün, – anası dedi, – bunun yaşının, boyunun balacalığına baxmayın, vallah, ahıl arvaddan çox bilir. El içində biabır eləyib məni – kimi görür, ya pul istəyir, ya yemək. Bacı, bu qız nə xasiyyətdə bizə oxşayıb, nə hal-hərəkətdə, nə də sir-sifətdə. Biz tənbəlik, ərincəyik, işbilməzik, amma bu, zirəkdi, gözüaçıqdı, abırsızdı, lap düzü – qaraçıdı. Met¬roya ki, minirik, bir də baxıb görü¬rəm yanımda yoxdu. Ana olan kəs, özümü deyirəm, bir qram da rahatsız olurammaı heç?! Ay tövbə! Yaxşı bilirəm, dəyirmanın boğazından ölü salsan, bu siçan unluğundan diri çıxacaq. Özü də ov tulası kimi də iy bilir. Hara gedir, hara getmir, yarım saat keçməmiş bir də görürəm qoynu-qoltuğu dolu, gəlib tapır məni. “Ay səni yerə girəsən, hardaydın?!”. Az qalıram saçlarını yolub verəm küləyə... “Ana, gələ bunu qoy cibinə!”. Baxıram, gülmək tutur məni, hirsim soyuyur – 10 manatı basır ovcuma.

–Nahaq bunu tənbeh eləmirsən?! – Xanım dedi.

–Necə eləyim, ay bacı?!

–De ki, özüm öyrətmişəm, yazıq uşağın üstünə niyə şər yıxırsan?!

–Bacı, vallah, bunu öyrətməklə belə öyrənə bilməzdi. Nə eləyirsə hamısı öz canından-qanından gəlir. Südlə girən sümüklə çıxar, deyiblər. Yüz faiz əminəm ki, nəsli-kökü dilənçi olub bu köpəyin balasının.

–O nə sözdü, ay qız, nəsli-kökü sən deyilsən bəyəm?!

–Belə görürəm ki, yox, mən deyiləm.

–Aaaa... – xanım qadınlara xas üsulla – əlifbamızın ilk hərfiylə heyrətini bildirdi.

–Heç yadımdan çıxmaz, hamilə idim, UZİ-dən keçdim, həkim dedi, oğlun olacaq. Getdim xəstəxanaya, doğuşdan sonra bunu gətirib qoydular yanıma. Hay-həşir qopartdım:

–Bu, mənim uşağım deyil, gedin mənim oğlumu gətirin!

Kimə deyirsən, yer-yerdən tökülüb gəldilər üstümə:

–Nədən bilirsən sənin uşağın deyil?!

–Yox, mənim deyil, bunu bilməyə nə var?!

–Necə deyil, görmürsən təndirdən təzə çıxmış çörək kimi istidir?!

–UZİ mənə “oğlun olacaq” demişdi, bu, qızdı!

Anam yaşda ağ xalatlı biri vardı, yaxınlaşıb əlini qoydu alnıma:

–Bala, UZİ Allahdan çox bilir?! Qurban olduğumun məsləhəti beləymiş ki, qızın olsun! Günah şeylər danışma, ağzın əyilər.

Mən də Allahdan qorxanın biri... səsimi saldım içimə.

Rəfiqənin üzünə baxa-baxa qalmışdıq.

–Bilirsən, bacı, nədən şübhələnirəm? Orda bir qaraçı da vardı, hamiləydi, eyni vaxtda da uşağımız olmuşdu. Min faiz əminəm, həkimlər oğlumu həmin qaraçıya satıb, görüblər dilsiz-ağızsız kənd adamıyam, qızı da gətirib sırıyıblar mənə.

–Hələ də gec deyil, – xanım arxayınlıqla dedi.

–Nə gec deyil, bacı?!

–Oğlunu geri ala bilərsən.

–Necə?

–Get, ver xəstəxananı məhkəməyə.

–Bacı, xəstəxananın pulu çox olar, mənim?!

–Bu nə sözdü, ay qız?!

–Bacı, bizdə məhkəməyə düşən adamın gərək yaxşı da pulu olsun ki, işi uda bilsin!

–Birdən həkimlər qızı geri alıb, – xanım dedi, – oğlanı tapıb, qaytardılar sənə, onda necə?

–Allah eləməsin, bacı, Allah eləməsin!

–Aaaa.... – xanım yenidən əlifbanın ilk hərfinə sığındı.

–Bunsuz yaşaya bilmərəm, bacı. – Anası, qızı itirəcəyindən qorxurmuş kimi tez yapışdı əlindən. – Bala, gedək evimizə, acmışam!

–Acmısan?! – Bayaq qız çiyniylə anasını qarnından itələyib, aradan çıxdı.

–Ay qız, ay qız! – Ana çığıra-çığıra qaldı.

–Bəlkə gözləyək, görək bu işin axırı nə olacaq?! – Xanım dedi.

20 dəqiqə keçməmiş qız içi dolu sellofon torbayla qayıdıb gəldi.

–Ana, töküm yerə, baxırsan?!

–Sənin canını alacam, köpəyin qızı, hələ bir gedək evə!

Qız yumulmuş sol əlini soxdu anasının yan cibinə:

–Ana, o dəfəki kimi itirmə, ha! – Sonra da sellofon torbadan snikers şokoladını çıxardıb, kağızını cırıb, dişləyib, yeməyə başladı.

–Bu canı ölməmişi əlimdən necə buraxım, ay bacı?! Bəlkə ərə gedəndə, əri köpəyoğlu bizim kişi kimi avara-sərgərdanın biri olacaq. Heç olmasa bu, evi dolandırar!

15.01.-03.02.2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Fevral 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri