Qaraciyəri qoruyan ucuz tərəvəz Tərkibində elə maddələr var ki...
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, mütəxəssis bu barədə Aif.ru-ya söhbətində açıqlama verib.
Ekspertin sözlərinə görə, ümumilikdə sağlamlıq, xüsusən də qaraciyər üçün çuğundur faydalıdır. Milayeva qeyd edib ki, bu tərəvəzin tərkibində çoxlu vitamin və mineral var: fol turşusu, kalium, marqanets, kalsium, silisium, maqnium, natrium, fosfor, xlor, mis, molibden, sink, dəmir, xrom, həmçinin C, A, K, E və B qrupu vitaminləri.
Bundan əlavə, çuğundurun tərkibində qaraciyər üçün faydalı olan betain maddəsi var. Milayevanın izah etdiyi kimi, bu maddə qaraciyərin yağları emal etməsinə kömək edir və toksinlərin xaric olunmasını sürətləndirir. Nutrisiolobi vurğulayıb ki, bu xüsusiyyətlərinə görə çuğundur çoxlu dərman qəbul edən və ya ağır yeməklər yeyən insanlar üçün çox uyğun ola bilər.
Mütəxəssis əlavə edib ki, bu tərəvəzin tərkibində ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərən maddələr və həzm üçün vacib olan bol miqdarda lif var.
Çuğundurun faydasını görmək üçün gün ərzində orta ölçülü bir çuğundur yemək kifayətdir, - deyə Milayeva dəqiqləşdirib. O qeyd edib ki, allergiyası və ya böyrək xəstəlikləri olan şəxslər çuğunduru rasiona əlavə etməzdən əvvəl bunu həkimlə məsləhətləşməlidirlər. Bundan əlavə, mütəxəssis diabet xəstələrinə və meteorizmə meylli olan insanlara çiy çuğundur yeməməyi tövsiyə edib.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Avqust 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















