Icma.az
close
up
RU
Qaradağ rayonunda “Bilik Günü” qeyd olunub

Qaradağ rayonunda “Bilik Günü” qeyd olunub

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

15 sentyabr – “Bilik Günü” münasibətilə Qaradağ rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində və digər təhsil müəssisələrində yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilib.

   Lökbatan qəsəbəsində yerləşən Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə keçirilən “Bilik Günü” tədbirində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Səbinə Xasayeva, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib. O, Azərbaycanda təhsilin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına daim xüsusi diqqət yetirdiyini bildirib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə müasir məktəblər tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, gənclərin yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradılır.

   Emil Abbasov şagirdlərə müraciət edərək bildirib ki, müasir dünyada bilik və savad insanın ən böyük üstünlüklərindən biridir. 

Gənc nəslin yaxşı təhsil alması, vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşması ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. O, şagirdlərə yeni dərs ilində uğurlar arzulayaraq, qarşıya qoyduqları məqsədlərə böyük əzmlə çatmalarını diləyib.

   Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə məktəb kollektivini və şagirdləri təbrik edib. Deputat bildirib ki, Azərbaycan dövlətinin gələcəyi savadlı, vətənpərvər və yüksək dünyagörüşünə malik gənclərdən asılıdır. Bu baxımdan məktəb yalnız biliklərin verildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı mühüm bir mühitdir.

   Səbinə Xasayeva ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq, müəllimlərin üzərinə düşən məsuliyyətin böyük olduğunu qeyd edib. O, şagirdlərə müəllimlərinin zəhmətini dəyərləndirməyi, daim öyrənməyi, qarşılarına yüksək məqsədlər qoymağı və müasir Azərbaycan dövlətinə layiq vətəndaş kimi yetişməyi tövsiyə edib.

   Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxışında müəllim və şagirdləri “Bilik Günü” münasibətilə təbrik edib. O, təhsilin insan həyatında və cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edərək, savadlı və dünyagörüşlü gənclərin yetişdirilməsinin hər bir dövlət üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

   İlqar İlyasov Ümummilli Lider Heydər Əliyevin gənclərə və təhsilə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncləri üçün təhsil, elm və özünüinkişaf sahəsində geniş imkanlar yaradılıb. Şagirdlərə bilik əldə etməklə yanaşı, milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və Vətənə bağlılıq ruhunda yetişməyin vacibliyini çatdırıb.

   Məktəbin direktoru Zeynəb Vəliyeva çıxışında yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edib. Direktor bildirib ki, 166 nömrəli məktəb-liseydə əsas məqsəd şagirdlərə keyfiyyətli təhsil verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, müstəqil düşüncəli və cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasına nail olmaqdır.

   Zeynəb Vəliyeva müəllim kollektivinə yeni dərs ilində uğurlar arzulayıb, şagirdlərə isə bilik əldə etmək, öz bacarıqlarını inkişaf etdirmək və gələcəkdə Azərbaycan dövlətinin inkişafına öz töhfələrini vermək üçün bütün imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. O, məktəbdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

   Tədbir çərçivəsində şagirdlər tərəfindən müxtəlif musiqi və bədii kompozisiyalar təqdim olunub, məktəbin həyatını və təhsilin əhəmiyyətini əks etdirən çıxışlar səsləndirilib.

   Tədbirin sonunda ənənəvi “İlk zəng” səsləndirilib və bununla da yeni dərs ilinə başlanılıb. “İlk zəng”in sədaları altında məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə yeni təhsil həyatlarında uğurlar arzulanıb.

   Qeyd edək ki, “Bilik Günü” münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun bütün qəsəbələrində yerləşən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə iştirak ediblər. 

Rayonun bütün qəsəbələrində “Bilik Günü” tədbirləri yüksək səviyyədə təşkil olunub və yeni dərs ilinin başlanması böyük ruh yüksəkliyi ilə qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri