Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Qaranlığı yaran işıq Coşqun Xəliloğlunun hekayəsi

Qaranlığı yaran işıq Coşqun Xəliloğlunun hekayəsi

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Coşqun Xəliloğlunun "Qaranlığı yaran işıq" hekayəsini təqdim edir.


Yeddinci sinifdə oxuyarkən bizi ikinci növbəyə keçirdilər. Dərslərimiz axşam saat 7-nin yarısı qurtarırdı. Noyabr ayının əvvəlindən başlayaraq günlər qısaldığından dərsdən çıxanda hava qaralırdı. Kəndin dar küçələrinə çökən qatı qaranlıq hər addımda adamı bir az da təlaşa salırdı. O vaxtlar kəndarası yollarda işıqlanma olmadığından müəllimlər və əksər uşaqlar elektrik fənəri götürürdülər.

Kənd yeri idi və heç kəsin valideyni övladını götürmək üçün məktəbə gəlmirdi. Qonşumuz Mahirin 5 oğlu var idi, bütün uşaqlarının da fənərı var idi. Bir gün mənimlə eyni sinifdə oxuyan Həsən dedi ki, atam mənə təzə fənər alıb, bunu 3 manata satıram – əlindəki fənərı mənə göstərdi. O vaxt sadə fənərlərin qiyməti 5-6 manat idi. Mənim də o qədər pulum yox idi. Atam yol idarəsində fəhlə işləyirdi. Bəzən aylarla maaş almırdı. Alanda da qəpik-quruş... Altı uşaqlı ailəmizin çörəyinə güclə çatırdı.

Mahir kommunxozda mühasib işləyirdi. Mehriban adam idi, həm də yaşlıların dediyinə görə gözüaçıq idi. Kəndimizdə ilk dəfə maşın alanlardan biri o olmuşdu. Uşaqlarına da yaxşı baxırdı, onların geyim-keçimləri də bizim paltarlarımızdan fərqlənirdi. Pambıq yığımından qazandığım puldan 2 manat qalmışdı.
– 2 manata satarsan? – Həsəndən soruşdum.
– Qonşuyuq da, sataram, – gülümsünərək cavab verdi.
Fənəri ilk dəfə əlimə alanda, onun işığını yandırıb-söndürəndə elə sevinirdim ki... Sanki balaca dünyama kiçik bir günəş doğmuşdu. Məktəbdən qayıdanda fəxrlə fənərimlə yolumu işıqlandırırdım.
Sevincli günlərim cəmi bir həftə çəkdi. Fənərin işığı əvvəlcə öləzidi, az sonra isə tamamilə söndü.
Dilxor oldum. Fənər 2 ədəd batareya elementi ilə işləyirdi. Nədənsə, o vaxtlar element əvəzinə “daş” deyirdilər. Batareya daşları mağazalarda tapılmazdı. Onu yalnız kolxoz bazarından pişikgöz Nadirdən tapmaq olardı.
Bazar günü atamdan icazə alıb rayon mərkəzinə getmək üçün səhər tezdən ferma yoluna çıxdım. Məndən başqa orada 3-4 nəfər də gözləyirdi. Bazara havayı yalnız Ağasəfin QAZ-53 markalı yük avtomobilinin kuzovunda getmək olardı. Rəhmətlik çox yaxşı kişiydi. Camaatdan pul almazdı. Amma zarafatı xoşlayırdı. Məni görcək:
– Səlimin oğlu, böyüyəndə kim olacaqsan? – soruşdu.
– Müəllim, – cavab verdim.
– Müəllim olanda mənim nəvələrimə “5” verərsən. İndi isə qalx maşına. Görünür, o biri sərnişinlər Ağasəfin əvvəlki ,,müştəriləri” idi. Ona görə də onlarla salamlaşmaqla kifayətləndi.

Bazarda cavan bir oğlandan Nadiri soruşdum, onun yerini mənə göstərdi. Həqiqətən, gözləri pişik gözünə oxşayırdı. Qıpqırmızı, orta yaşlı, eniylə uzunu fərqlənməyən adam idi. Elə bil arxasında əyləşdiyi piştaxtanın bir parçasıydı.
1 manat verib iki ədəd silindrik formalı batareya daşı aldım və dərhal Ağasəfin maşınına gecikməmək üçün süd zavoduna tərəf sürətlə addımlamağa başladım. Vaxtında çatmışdım. Beş dəqiqədən sonra QAZ-53 kəndimizə doğru hərəkətə başladı. Üzərində qiyməti 17 qəpik olan batareya daşını 50 qəpiyə alsam da çox sevinirdim. Çünki bəzi hallarda onu tapmaq müşkülə çevrilirdi.
Günortadan xeyli keçmiş evimizə çatdım. Tez-tələsik daşları fənərə yerləşdirdim. Düyməni basdım, fənər yanmadı. Daşların yerinin dəyişdim, fənəri silkələdim, xeyri olmadı. Daşları çıxardım, üzərindəki yazılara baxdım. Sən demə, yararlılıq müddəti düz il yarım keçibmiş. Qanım bərk qaraldı. Yenə axşam dərsdən qayıdanda qonşu qızların fənərlərinin işığına möhtac olacağımı heç düşünmək belə istəmirdim.
Ağlıma bir fikir gəldi. Pişikgöz Nadiri ifşa eləməliyəm. Möhtəkirlik etdiyinə, alıcıları, o cümlədən məni aldatdığına görə tənqidi bir məqalə yazdım və rayon qəzetinə göndərdim. Doğrusu, nədənsə bu haqda valideynlərimə heç nə demədim. Rayon qəzetində iki dəfə məqaləm dərc olunmuşdu. Biri pambıq yığımında məktəblilərin iştirakı haqqında, ikincisi də məktəbdə keçririlən iməcilik haqqında idi. İnanırdım ki, bu məqaləm də çıxacaq. Amma məqaləm dərc olunmadı. Təxminin iki həftə sonra poçtalyon evimizə Rayon İcraiyyə Komitəsinin Daxili İşlər şöbəsi rəisinin xüsusi formalı blankda yazılmış məktubunu gətirdi. Mənim adıma ünvanlanmış məktub təxminən aşağıdakı məzmunda idi.
“...Kolxoz bazarında rayon zəhmətkeş deputatları və fəalların iştirakı ilə reyd keçirilmişdir. Lakin Sizin məktubunuzda göstərilən faktlar aşkar edilməmişdir. Məktubu yazarkən diqqətli olmağınızı və faktlara istinad etməyinizi xahiş edirik...”
Atamı məktubla tanış etdim, o mənə acıqlanmasa da narahat olmağa başladı.
– Bala, nahaq yazmısan. Başımız ağrıyar. Allah onlara işimizi salmasın. Cəhənnəm olsun 1 manat da. Bu ay maaşımı alanda sənə təzə, yaxşı bir fənər alaram.
Mən bir az utanaraq, bir az sıxılaraq:
– Yaxşı, ata. – dedim. Amma mənim də daxilimdə bir narahatlıq hissi baş qaldırdı.
Növbəti bazar günü nahara az qalmış çöl darvazamız döyüldü. Atam dedi ki, get qapını aç, bax, gör kimdir.
– Darvazanın önündə kənddə “uçastkovı” Rüstəmov kimi tanınan milis kapitanıyla və qonşu kənddən olan serjant Əlövsətlə qarşılaşdım. Görüşüb onları içəri dəvət etdim. Salamımı alsalar da heç nə demədən içəri girdilər. Atam “çağrılmamış qonaqları” görüb eyvandan aşağı endi və onlara tərəf gəlməyə başladı.
– Xoş gəlmisiniz. Qalxıb bir stəkan çay için, – atam əlinin işarəsiylə onlara eyvana qalxmaq üçün yol göstərdi.
– Sağ ol, yoldaş Səlimov, – Rüstəmov rəsmi görkəm alaraq: – göstəriş var, məlumat daxil olub, sizin həyətinizdə axtarış aparmalıyıq.
– Nə danışırsınız? Nə yoxlama, nə axtarış, mən fəhlə babayam. Çörəyimi alnımın təriylə qazanıram.
– Bizə də çörəyi havayı vermirlər. – O əlindəki möhürlü sənədi çıxarıb atama göstərdi və tez də qovluğa qoydu.
Anam, bacı və qardaşlarım da milisləri görüb həyəcanla eyvana toplaşmışdılar. Sanki hamımız donmuşduq. Birinci dəfə idi ki, həyətimizə milislər gəlirdilər və bilirdik ki, bu heç də yaxşı əlamət deyil.
Milislər həyətdə bir az gəzişdikdən sonra akt tərtib etmək üçün köhnə masanın arxasında əyləşdilər. Rüstəmov:
– Səlim kişi, həyətinizdə qeyri-qanuni yolla əldə etdiyiniz, heç bir sənədi olmayan çoxlu miqdarda əşyalar, materiallar var.
Atam cavab vermək istədi. Rüstəmov ona danışmağa imkan vermədi:
– Yaxşı, sənədlər varsa gətir, mən də akt yazmayım. Dəmir darvazanın, çəpərə basdırdığınız polad dirəklərin, çəpərə işlətdiyiniz alüminium məftilin, 200 litr solyarkanın sənədlərini göstərin, atama lənət, nəsə yazsam.
– Hamı necə, biz də elə. Kimin sənədi var ki, – atam sakit səslə cavab verdi.
– Kimin sənədi var, yoxdur, sənə qalmayıb. Akt yazacam və sabah rəisə təqdim edəcəyəm. Özün bil.
Atam dodağı səyriyərək:
– Oturduğumuz yerdə nə oyuna düşdük?
– Oturduğu yerdə heç kim oyuna düşmür. Özünüz yaxşı bilirsiniz...
Başımı aşağı salmışdım. Amma hiss edirdim ki, bu an anamdan başqa hamı mənə nifrət eləyir. Mənim bir kağız parçasına sığdırdığım "ədalətim" atamın illərlə qazandığı namuslu zəhmətkeş adını təhlükəyə atmışdı.

Bu arada serjant Əlövsət atama nəsə işarə elədi və qalxaraq atamla birlikdə bağımıza doğru getdilər. Rüstəmov əl-qolunu ölçərək nəsə deyirdi və atam da təsdiq edirdi. Bir azdan onlar geri qayıtdılar. Atam anamı çağırdı və yavaşca nəsə dedi.
Atam dar gün üçün topladığı, az qala bir aylıq maaşı qədər pulu üzlü qonaqlara verib yola saldı. Nə akt yazıldı, nə də atam aktı imzaladı.
Bayaqdan sanki donmuş, qorxudan bir kəlmə də danışmayan anam:
- Ay Səlim, qada-balamızı aparsın, uşaqların baş-gözünün sədəqəsi olsun. Allaha şükür, salamat qurtardıq. Təki canımız sağ olsun.
Anamın sözlərindən atam, qardaşlarım sanki canlandılar. Hətta atam mənə işarə eləyib gülərək:
– Keçənə güzəşt deyərlər, – dedi. Onun o kədərli gülüşü ürəyimə tikan kimi batdı.
Bu hadisədən bir neçə ay keçmiş rayonumuzda dəyişikliklər oldu. Adətim üzrə həmişə oxuduğum rayon qəzetinin növbəti nömrəsində dərc olunmuş bir məlumat məni həm təəccübləndirdi və həm də sevindirirdi.
“...Rayon mərkəzindəki kolxoz bazarında rayon sovetinin deputatları və fəal vətəndaşların iştirakı ilə reyd keçirilmiş, hələ də qanunsuz alver edənlərin, möhtəkirlərin olduğu müəyyən edilmişdir. Onlar haqqında inzibati qaydada müvafiq cəza tədbirləri görülməsi nəzərdə tutulmuşdur”.
Tezliklə xəbər çıxdı ki, tədbir görülənlər arasında Pişikgöz Nadir də var. Aylarla keçirdiyim narahatlığa son qoydum. Onun cəzalanacağına görə yox, məqaləmdəki faktların təsdiq olunmasına görə sevinirdim.
Uzun illər keçdikdən sonra bu hadisəni xatırladıqca düşünürəm ki, həqiqət gec də olsa, işıq kimi qaranlığı yarıb üzə çıxır.


29.04.2026

Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu Dünyanı dəyişməyin ən qısa yolu - Gültəkin Cəfərova “Gülüstan” tamaşasının məşqlərinə başlanıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 May 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri