Icma.az
close
up
RU
“Qardaş” demək də olmaz! Rusiyanın miqrasiya siyasətinin iyrənc üzü

“Qardaş” demək də olmaz! Rusiyanın miqrasiya siyasətinin iyrənc üzü

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyada miqrantlara qarşı zorakılığın və təzyiqlərin coğrafiyası günbəgün genişlənir. Müxtəlif bəhanələrlə ölkədəki əmək miqrantları incidilir, həbsə atılır, təhqir olunur. Təsadüfi deyil ki, iki gün öncə Moskvanın mərkəzində hostellərdə miqrasiya qanunvericiliyinin pozulmasını aşkar etmək üçün keçirilən reyd zamanı 300 nəfər saxlanılıb.
Maraqlıdır ki, miqrantlara qarşı mübarizə tədbirləri 2025-ci ildə çox gücləndirilib. Bu tədbirlər nəticəsində on minlərlə insan incidilib, təhqir olunub və əmlakları əllərindən alınıb. Fikrimizin sübutu üçün rəsmi Moskvanın miqrantlara qarşı son 7 ayda tutduğu qeyri-insani mövqeyi göz önünə gətirmək istəyirik.
Oturum müddəti iki dəfə azaldıldı
Bu ilin yanvar ayının 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə mindi. Belə ki, bu tarixdən etibarən xarici vətəndaşların Rusiya ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində 90 günə endirildi. Bundan başqa, rus dilini bilmək öhdəliyi tətbiq edildi.
Bunun ardınca 2025-ci ilin aprelin 1-dən miqrant övladlarının məktəblərə qəbulunda qadağalar tətbiq edilib.
İyunun 30-dan Rusiyada vizasız rejim əsasında bu ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minib. Yeni prosedura əsasən, onlar “Dövlət Xidmətləri RuID” portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.
Bu günlərdə isə Rusiyada əmək miqrantlarını ölkə ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur. Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatları bu təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.
Təklifə əsasən, əmək miqrantları Rusiya ərazisində qanunvericiliyi pozduqları təqdirdə, öncədən qoyduqları depozit onların deportasiya xərclərini qarşılamaq üçün istifadə olunacaq.
Bu azmış kimi MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan miqrant – öz ailəsinə göndərdiyi pulun məbləğini artırmaq istəsə, o zaman mütləq şəkildə gəlir mənbəyini göstərən və leqallığını sübut edən maliyyə bəyannaməsi təqdim etməlidir. Əks halda, bu transferlər ya bloklanacaq, ya da qanunsuz hesab ediləcək.
Fit çalmaq olmaz!
Rusiyada miqrantlara qarşı tətbiq edilən qadağalar bəzən gülüş doğuracaq qədər absurddur. Məsələn, yaxın gələcəkdə əməkçi miqrantlardan Rusiyada fit çalmamaq və “qardaş” və ya “bacı” müraciətindən istifadə etməməktələb olunacaq.

Bu təklifi Rusiyada Milli İşlər üzrə Federal Agentlik (FADN) hazırlayıb. Yeni qaydaya görə Rusiyada öz dilində pıçıldaşmaq, küçədə namaz qılmaq, qurban kəsmək adət deyil, yəni olmaz.

Çox qəribədir ki, bütün bu qadağalar fonunda bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin miqrantlara münasibətdə tətbiq olunan test imtahanları ilə bağlı yeni bir qanun imzalayıb. Rusiya hökumətinin kvotası ilə ölkəyə gələn əmək miqrantları artıq rus dili, Rusiya tarixi və qanunvericilik bilikləri üzrə imtahan verməyəcəklər.
Ekspertlər hesab edirlər ki, bu qanun miqrantlara qarşı ikili münasibətə şərait yaradacaq. Yəni müvafiq qurumlar istədikləri halda bu qanunu əsas tutaraq miqranta güzəşt edəcək. Lazım gəldikdə isə əvvəlki qaydalardan istinad ediləcək.
Qadağalar siyasi mahiyyət daşıyır.
Rəsmi Moskvanın miqrasiya siyasətinin arxasında məkrli planlar var. Rusiya hökuməti miqrasiya siyasəti hesabına MDB ölkələrinə qarşı təzyiq göstərmək istəyir.
Məlumdur ki, son illərdə MDB ölkələri daha əvvəlki kimi Rusiyadan çəkinmir. Bu ölkələrin əksəriyyəti müstəqil siyasət yürütmək istəyir. Təbii ki, bu da Kremlin maraqlarına uyğun gəlmir. Ona görə də Rusiya hökuməti “üsyankar” gözündə gördüyü MDB dövlətlərini miqrant böhranı ilə cəzalandırmaq istəyir.

Nəzərə alaq ki, həm Qazaxıstandan, həm Orta Asiya ölkələrindən, həm Cənubi Qafqazdan, həm də Moldava və Ukraynadan Rusiyada çoxsaylı əmək miqrantları var. Rəsmi Moskva bu miqrantları sıxışdırmaqla onların vətəndaşı olduğu ölkələri ram eləməyə çalışır.

Halbuki Rusiyanın əmək miqrantlarına çox böyük ehtiyacı var. Bir tərəfdən ölkədə təbii artımın olmaması, digər tərəfdənsə Ukrayna ilə müharibə Rusiyada işçi çatışmazlığına səbəb olub. Yayılan məlumatlara görə, son 3 ildə Ukrayna cəbhəsində bir milyondan artıq rusiyalı həyatını itirib. Bu qədər itki daxili bazarda işçi böhranı yaradır. Amma rəsmi Moskva bu böhranı MDB dövlətlərindən yox, digər uzaq ölkələrdən gələn miqrantlar hesabına aradan qaldırmaq istəyir.
Hindistan və Şimali Koreyadan olan miqrantlara “yaşıl işıq”
Yayılan xəbərlərə görə Rusiyada kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyonəmək miqrantı cəlb olunacaq. Bunu Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin deyib.
Onun sözlərinə görə, söhbət əsasən Sverdlovsk vilayətindən gedir. Hazırda Hindistanla müəyyən razılaşmaya nail olunub. Bu razılaşmaya əsasən, Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə, ümumilikdə bir milyon hindistanlı mütəxəssis gələcək.
O əlavə edib ki, Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğu açılacaq və bu məsələlərlə məhz o qurum məşğul olacaq.
Bu açıqlama incə bir məqama diqqət yetirməyi zəruri edir.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ümumilikdə, 50-ə yaxın azərbaycanlının əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərir.

Ən başlıcası Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğunun açılması ideyası son aylarda soydaşlarımıza qarşı törədilən özbaşnalıqların bir təsadüf olmadığını, bunun böyük planın bir hissəsi olduğunu göstərir.

Nəzərə alaq ki, rəsmi Moskva əmək miqrantı problemini daha bir ölkənin- Şimali Koreyanın hesabına da həll etmək istəyir. Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatlarına əsasən, 2024-cü il ölkəyə 13221 Şimali Koreyalı daxil olub, 2023-cü ildə bu rəqəm 1117, 2022-ci ildə isə 223 nəfər olub. Bu onu göstərir ki, Şimali Koreyadan Rusiyaya gələn miqrantların sayında artım baş verir. Beləliklə Rusiyanın MDB-dən olan miqrantlarla “qanunların dili” ilə danışmasının sosial məsələ yox, siyasi problem olduğu ortaya çıxır./bizim.media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri