Icma.az
close
up
RU
Söyüş blogerləri nin ekstradisiyası niyə baş tutmur? Səbəblər AÇIQLANDI

Söyüş blogerləri nin ekstradisiyası niyə baş tutmur? Səbəblər AÇIQLANDI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaricdəki "söyüş blogerləri" adlandırılan İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Elşad Məmmədov, Qabil Məmmədov, Tural Sadıqlı və digərləri barədə Azərbaycan Baş Prokurorluğu tərəfindən istintaq işləri başladılıb və onlardan bəziləri barədə qiyabi məhkəmə hökmü verilib.

Buna baxmayaraq, həmin şəxslərin hələ də ölkəyə ekstradisiyasının baş tutmaması ciddi müzakirələrə səbəb olur.

Bu proseslə bağlı hansı addımların atıldığı və məsələnin qarşısını alan nüansların nələr olduğu maraq doğrurur.

Modern.az-a açıqlamasında hüquqşünas, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyev bildirib ki, Azərbaycan tərəfi üzərinə düşən hər bir hüquqi addımları atıb:

“İstintaq tamamlanıb, sübutlar toplanılıb və məhkəmənin hökmü çıxarılıb. Bir çoxları barədə beynəlxalq axtarış elan edilib. Ekstradisiya üçün lazım olan hüquqi baza tam formadadır. Bundan sonra top müraciət edilən tərəfdədir. Problem ondadır ki, bəzi ölkələr şəxslərin əməllərinə hüquqi deyil, siyasi yanaşır. Təhqir, şantaj, reketlik, nüfuzdan salma, ailə üzvlərinin alçaldılması kimi hərəkətlər Avropanın özündə, yəni həmin blogerlərin yaşadığı ölkələrdə cinayəttərkibli əməllərdir. Amma həmin dövlətlər bu adamları “ifadə azadlığı” altında qoruyur. Yəni hüquq işləmir, siyasi maraqlar işə düşür.

Azərbaycan ekstradisiya müraciətlərini diplomatik kanallarla göndərir. Sadəcə, bu cür müraciətlər ictimaiyyətə açıqlanmır. Bu da beynəlxalq praktikada tətbiq olunan alətlərdən biridir. Bu müraciətlər açıqlandığı təqdirdə həmin şəxslər o ölkələri tərk etməyə, yenidən gizlənmək və digər müxtəlif yollarla yayınmağa çalışarlar. Ona görə bu müraciətlər diplomatik kanallar, prokurorluq vasitəsi ilə müvafiq qaydada təqdim olunur. Bizim tərəf beynəlxalq sənədlərə və milli qanunvericiliyə uyğun olaraq bütün hüquqi öhdəlikləri yerinə yetirib. Qarşı tərəf buna siyasi motivlə yanaşır. Məhz siyasi səbəbdən proses saxlanılır. Burada bir sıra hallarda irəliləyişləri görmürük”.

Ə.Nuriyev blogerlərlə bağlı, Avropa ölkələrinin yanaşmasının ikiüzlülük olduğunu vurğulayıb:

“Barəsində ekstredisiya ilə bağlı müraciət edilən şəxslər ya həmin ölkələrdə oturum, ya da sığınacaq alıblar. Bunlar da prosesə mane olan tərəflərdir. Sığınacaq statusu verilən kimi ekstradisya məsələsi faktiki olaraq bağlanılır. Avropa sistemində “siyasi təqib” ehtimalı kifayətdir ki, həmin şəxslərin qaytarılması prosesi dayandırılsın. Bu mexanizm on illərdir ki, manipulyasiyaya açıqdır və indi çoxlarının maraqlarına xidmət edir. Əslində isə həmin şəxslərin demək olar ki, heç biri siyasi fəal deyil. Onların fəaliyyəti sırf kriminal xarakterlidir. Həmin blogerlərin çıxışlarının da yalnız kriminal, böhtan, şantaj xarakterli məlumatlar və bütün dəyərlərdən imtina var. Qanunların bütövlükdə geniş formada pozulması prosesi baş verir. Onların fəaliyyətinin yeganə məqsədi ayrı-ayrı siyasi-ictimai xadimləri, vəzifəli şəxsləri nüfuzdan salmaqdır, bunların arxasında bir çox hallarda əlbəttə ki, maliyyə tələbləri də olur. Eyni zamanda onların yaşadığı ölkələrdə siyasi sifarişlər olur ki, onu icra edirlər. Heç bir demokratik ölkə ailə üzvlərinə qarşı alçaldıcı ifadələri, sistemli təhqiri, şantajı, reketliyi, hədə-qorxunu rəsmi olaraq siyasi fəaliyyət saymır. Azərbaycana gələndə bu adamlar ya “siyasi məhbus” və ya “rejim tənqidçisi” imicində qorunur. Bu açıq-aşkar ikiüzlülük, ikili standartdır”.

Ə.Nuriyev barəsində məhkəmə hökmü olan blogerləri daxildən də müdafiə edənlərin olduğunu qeyd edib:

“Bəli, fakt ondan ibarətdir ki, müəyyən dövrlərdə Ramiz Mehdiyev və bəzi siyasi dairələr bu şəxslərin xaricə çıxmasına, “siyasi fəal” obrazı qazanmasına kömək edib. O zamanın siyasi oyunlarının nəticəsiydi ki, bu gün qarşımızda belə bir sistemli destruktiv qüvvə çıxır. Bir çox hallarda onlar ciddi sürətdə fəaliyyətlərini koordiasiya edirlər. Ölkə daxilindən onların fəaliyyəti koordinasiya edilir, onlara yalan informasiyalar ötürülür. Dezinformasiya bu şəxslərin əlindəki əsas alətlərdən biridir. Amma qeyd etməliyəm ki, həmin şəxslərin geri qayıtmaması xarici ölkələrin siyasi, iqtisadi, maliyyə maraqlarıdır. Onlar bu adamları Azərbaycana qarşı təzyiq rıçağı kimi saxlayırlar. Və hazırki şəraitdə onları qoruyurlar. Ola bilsin ki, yenə də  bir çox dövlət qurumarında, siyasi qüvvələrdə bəzi şəxslər bu adamların ekstredisyasının qarşısını almaq üçün müxtəlif təsirlər göstərirlər.  
 Amma bu gün prosesin qarşısını alan daha çox xarici siyasi mərkəzlərdir. Onların sosial şəbəkələrdə yaratdığı aqressiya, yalan kampaniyaları, reputasiya hücumları bəzi ölkələrin siyasi dairələri üçün çox əlverişlidir. Heç bir xərc çəkmədən Azərbaycana qarşı informasiya müharibəsi aparmaq imkanı əldə edirlər. Dezinformasiyanın böyük bir şəbəkəsi yaradılıb. Bu təsir ucuz başa gəlir. Video “like” etmək, təhqir etmək yetər ki, regional proseslərdə Azərbaycana təzyiq üçün hazır materiallar olsun. Onlar bu alətlərdən zaman-zaman istifadə ediblər.

Azərbaycan doğru yol seçib, hüquqi prosesi tam başa çatdırıb. İndi əsas iş diplomatik xəttdədir. Daha  müxtəlif diplomatik kanallarla qarşı tərəfə açıq sübutlar, dəlilər paketi təqdim edilir. Qarşı tərəfin “siyasi motiv” bəhanələri hüquqi arqumentlərlə tamamilə dağıdılmalıdır. Bu istiqamətdə addımlar atılsa da, qarşı tərəf buna bir çox hallarda məhəl qoymur. Bu şəxslərin  kriminal xarakterli fəaliyyətləri beynəlxalq tərəfdaşlara daha sərt formada izah edilməlidir. Bu istiqamətdə Baş Prokurorluq, hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizlik Xidməti izahat işi aparır. Bir çox hallarda bəzi nəticələr də var. Tərəflər nə qədər siyasi oyun oynasa da, hüquq öz sözünü deməlidir. Çünki bütün məsələlər sonda hüquq müstəvisində həll olunur. Amma bir məsələni də realist şəkildə qeyd etmək lazımdır ki, prosesin taleyi qarşı tərəfin siyasi iradəsindən də asılıdır. Bu adamları alət kimi saxlamaqdan imtina etməzlərsə, ekstradisiya çətin olacaq. Azərbaycan lazımi addımları atır və atmağa davam edəcək. Çünki bu məsələ artıq konkret şəxslərin deyil, dövlətin nüfuz məsələsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri