Icma.az
close
up
RU
Qardaş, siz macarsız, yoxsa arsız abırsız? KÖŞƏ

Qardaş, siz macarsız, yoxsa arsız abırsız? KÖŞƏ

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Özünə həddən artıq güvənən rəqibi səfərdə təəccübləndirəcəyik. “Qarabağ”ın futbolçuları əsas mərhələyə vəsiqə qazanmış kimi sevindilər. Bu, bizim üçün xoş olmadı. Onların burunlarına bibər qazı sıxacağıq” – Aleks Tot
“Qarabağ”ın futbolçuları çox təkəbbürlüdü. Dərk etməlidilər ki, hələ hər şey bitməyib. “Qarabağ”dan daha yaxşı olduğumuzu göstərməliyik” – Jombor Qruber
“Bacaracağıq. Özümüzə güvənirik. Onlara məhz özlərinə güvənmələrini arzulayıram. “Qarabağ”ı böyük məyusluq gözləyir” – Deneş Dibus
“Qarabağ” bizi təəccübləndirəcək nəsə etmədi. Reallıq odu ki, özlərinə güvəndilər və futbol oynadılar. İki top fərqi ilə məğlubiyyət dünyanın sonu deyil” – Barnabaş Varqa
…İndi deyəcəksiz ki, yayın istisində bu sitatları bir-birinin ardına calamaqla əsəblərimizi niyə korlayırsan? Cavabım çox sadədi: öz əsəblərim korlandığına görə!

İndi şər imperiyasının – Rusiyanın, Putinin yanında dayanmasına baxmayaraq, Macarıstanın Azərbaycanla heç bir düşmənçiliyi yoxdu, əksinə, məhz xoş münasibətlərin hesabına ömürlük həbsə məhkum olunan Ramil Səfərovu vətənə gətirə bildik. Bir az da dərinə getsək, macarların köklərinin hunlara dayanması ilə bağlı nəzəriyyə də var. Həmin nəzəriyyəyə əsaslansaq, macar xalqı hunların bir qolu kimi Macarıstana gəlib. Bunlar tarix və qarşılıqlı münasibətlərin təbiəti ilə maraqlanan hər kəs üçün yüngülvari bələdçi idi. Tarixdə ilişib qalmayaq, günümüzə, daha dəqiqi, “Ferentsvaroş” – “Qarabağ” oyunununda sonra yaşananlara toxunaq.
Azərbaycan çempionu Budapeştdə - 20 minə yaxın azarkeşin gözü önündə üstün oyunla qələbə qazandı. Həmin oyunun videoyazısını kimə göstərsən, deyəcək ki, hesab meydanda yaşananlara uyğundu. “Qarabağ”ın oyunçuları da qələbə sevincini stadiona toplaşan 500-ə yaxın azərbaycanlı ilə geninə-boluna bölüşdü. Qeyri-adi sevinc izharı deyildi, sadəcə, Avropa insanı azərbaycanlıların toplu halında sevinməsinə, atılıb-düşməsinə öyrəşməyib deyə, belə mənzərə görəndə diksinir, həyəcanlanır və başqa-başqa emosional hallar yaşayır.
Məni nə oyun, nə nəticə, nə də azərbaycanlı futbolçuların və azarkeşlərin davranışı təəccübləndirdi – futbolda qalib gələn sevinər də, ağlayanı görübsüz? Hə, sevinc göz yaşı da olur, amma ÇL-in pley-offunda qələbə qazananda yox, DÇ-nin, AÇ-nin, başqa böyük turnirlərin qalibi olanda.
Sözü hara gətirirəm? Xəyallar, bəlkə avqustun 27-si ilə bağlı gözləntilər məni qanadına alıb harasa apardı, yerə düşə bilmirəm ki… Macarların baş məşqçisi də, oyunçuları da elə açıqlamalar verir ki, adam istər-istəməz təəccüblənir. Çox güman, belə taktika mənəvi-psixoloji mübarizənin bir elementidi. Adamlar “Qarabağ” düşərgəsinin tarazlığını pozmaq, oyun ətrafında hədsiz gərgin mühit yaratmaqla hansısa hoqqabazlıq etmək istəyirlər. Aman Allah, birdən hansısa oyunçumuz meydandan qovular, birdən qapımıza erkən qol vurarlar. Bax, onda azğınlıqları sərhəd tanımayacaq.
“Ferentsvaroş”un “Qarabağ”a rəqib olduğu gündən bəri etdikləri ancaq və ancaq bizimkiləri hövsələdən çıxarmağa hesablanıb. Ar yox, abır yox, yekə-yekə hun törəmələri özünü küçə uşağı kimi aparır. Sanki onların izlədiyi oyun başqadı, bizim izlədiyimiz başqa. İmkanım olsaydı, Qabor Kubatovdan, Robbi Kindən tutmuş ehtiyat qapıçı David Qrofa qədər hamısını ucdantutma göndərərdim Maştağadakı Ruhi Əsəb Dispanserinə ki, bunların ruh halını yoxlasınlar. Bəlkə ciddi bir problem var? Bəlkə adamlar məntiqi mülahizə yürütmək, düşünmək qabiliyyətini itiriblər – bilməliyik, ya yox?! Vallah, özləri dəlidilər, bizim də əsəblərimizi boşuna korlayırlar. Avqustun 27-si gəlsəydi…
HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Avqust 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri