Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Qardaş xalqların birlik körpüsü

Qardaş xalqların birlik körpüsü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Müsahibimiz Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulovadır

Geniş və çoxşaxəli fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) türk xalqlarının maddi-mənəvi “xəzinə”sinin qorunması, tədqiqi, təbliğini həyata keçirir. Bu təşkilat ortaq tariximizin, mənəvi dəyərlərin unudulmaması istiqamətində mühüm işlərə imza atır: elmi konfranslar, sərgilər, nəşrlər və s. kimi layihələr həyata keçirir. Mənzil-qərargahı Bakıda yerləşən fondun hazırkı prezidenti Qazaxıstan Respublikasının Əməkdar Xadimi, professor, sənətşünaslıq doktoru, bəstəkar Aktoti Raimkulovadır. Onunla müsahibəni təqdim edirik.

– Aktoti xanım, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu necə yaranıb?

– Fondumuzun yaradılması ilə bağlı ilk təşəbbüs 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında irəli sürülüb və yüksək dəyərləndirilib. 2012-ci il avqustun 23-də fondun nizamnaməsi qəbul edilib. O zamandan etibarən fond qardaş xalqların birlik körpüsü kimi çox işlər görüb və özünü doğruldub.

– Artıq tarixə çevrilmiş 2024-cü il də fondun həyata keçirdiyi mühüm layihələrlə yadda qalıb...

– Elədir. Eyni zamanda, Türkmənistan və Özbəkistan da ötən il fonda üzv olmaq barədə qərarlarını açıqladılar. Bu il isə fond daha geniş aspektdə fəaliyyətdədir. Fondun 12 illik fəaliyyəti dövründə ilk dəfə olaraq ötən il Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə Türk dövlətlərinin mədəniyyət nazirliklərinin rəhbərləri səviyyəsində ilk Şura iclası keçirildi. İclas zamanı fondun 2025-ci il üçün fəaliyyətinin strateji istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparıldı, fəaliyyət planı təsdiq edildi, Fondun nəzdində Məsləhət-Ekspert Komitəsi yaradıldı.

Qurum 2024-cü il ərzində “Türk İrsi” Türk Dünyasının Mədəni İrs Obyektləri Kataloqunun hazırlanması üzərində fəal işə başlamışdır. Belə ki, Türk dünyasının bir sıra mühüm memarlıq abidələri və qədim əlyazmalarının dirçəldilməsi məqsədilə onların üzərində bərpa və muzeyləşdirmə işləri aparılır. Növbəti illərdə Azərbaycanın Qarabağ bölgəsində yerləşən bir sıra tarixi-mədəni abidələrdə bərpa, muzeyləşdirmə, arxeoloji və konservasiya işlərinin həyata keçirilməsi də planlaşdırlır.

– Heç şübhəsiz ki, fəaliyyətin bir mühüm qolu da maarifləndirmədir. Bu yöndə hansı işlər görülüb?

– Fond indiyədək Türk dünyasının görkəmli şəxsiyyətləri və ədəbiyyat inciləri barədə müxtəlif kitabların nəşrinə imza atıb. Bu kitabların hazırlanmasında türk tədqiqatçıların, mütəxəssislərin cəlb olunmasına xüsusi diqqət yetirilir. Fondun həyata keçirdiyi təhsil proqramlarında da üstünlük yüksək səviyyəli mütəxəssislərə verilir.

Fondun təşəbbüsü ilə Türk dünyasının bir çox şəhərində, təhsil müəssisəsində ortaq tarixin və dəyərlərin araşdırılmasına, öyrənilməsinə, gələcək nəslə ötürülməsinə dair mərkəzlər də açılıb. 2025-ci ildə bu cür mərkəzlərin Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetində, Əl-Fərabi adına Qazax Milli Universitetində, həmçinin Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanda açılması nəzərdə tutulur.

TMİF öz fəaliyyətində müasir yeniliklərə və dövrlə səsləşən texnologiyalara da qucaq açır. Türk dünyasının maddi-mənəvi irsindən, qədim adət-ənənələrindən və milli dəyərlərindən bəhs edən proqramların, sənədli filmlərin yayımlandığı “Turk Discovery” YouTube platforması da fondun layihəsidir. Milli bayramlar, qurama-tikmə, toxuculuq, ipəkçilik, misgərlik, milli geyimlər; platformada bu cür – Türk dünyasına aid sənət və sənətkarlıq ənənəsi ilə bağlı proqramların yayımlanması zamanla daha da geniş vüsət alacaq. Vurğulamaq yerinə düşər ki, ortaq türk musiqisi də TMİF-in tədqiq və təbliğ obyektlərindəndir.

Beynəlxalq layihələrdə uğurla iştirak edən fondun elmi fəaliyyəti də təqdirəlayiqdir. Nümunə olaraq, 13 dekabr 2024-cü ildə Parisdə keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” adlı beynəlxalq konfransı göstərmək olar. Bəli, Türk tarixinin bu ortaq dəyərinin dünyada fundamental və mühüm əsərlərdən biri kimi tanınması da fondun fəaliyyət uğurlarındandır.

– Media meqalayihələri necə həyata keçirilir?

– Bu il TMİF-in ən böyük layihələrindən biri də Türk dövlətləri və xalqlarının mədəniyyətinin və irsinin vahid təbliğat platformasının işə salınmasıdır. “Qızıl alma” adlanan bu platformanı fond Azərbaycanın mədəniyyət sahəsində ən böyük media resurslarından olan “Ədəbiyyat və incəsənət” portalı ilə birgə həyata keçirir. Layihə özündə fondun fəaliyyətini türk dövlətləri və türkdilli xalqlara çatdırmaq, türk dünyası mədəniyyət xəbərlərini hər bir xalq üçün əlçatan etmək, türklərin ortaq mədəniyyətini və irsini geniş təbliğ etməkdən ibarətdir.

Hazırda platforma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təmsilçiliyinə malikdir, tədricən bura Macarıstan və Türkmənistan da daxil ediləcək. Növbəti mərhələdə isə platforma ingilis, rus və digər beynəlxalq dillərdə bütün dünya üzrə fəaliyyətini genişləndirəcəkdir.

– Nizamnaməyə əsasən, 2025-ci ildə fondun Şurasına sədrlik Qazaxıstan Respublikasına keçib.

– Bəli. Fevralın 7-də Astanada Qazaxıstan Respublikasının sədrliyi və təşkilata üzv dövlətlərin mədəniyyət nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirildi. Mən orada Türk dövlətləri başçılarının göstərişinə əsasən, “Türk Dünyasına Baxış 2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türk mədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji istiqamətləri barədə məlumat verdim. Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayevanın sədrliyi altında keçirilən toplantıda Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak edirdilər.

– Aktoti xanım, bu barədə bir qədər ətraflı məlumat verərdiniz...

– Məmnuniyyətlə. Onu məxsusi qeyd edim ki, Astanada keçirilən Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısının yekunu olaraq təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən fondun 2024-cü il üçün fəaliyyətinin yüksək qiymətləndirilməsi, təşkilatın 2025–2026-cı illər üçün Fəaliyyət Planlarının təsdiq edilməsi barədə Protokol imzalandı.

Ümumiyyətlə, toplantı geniş və rəngarəng mədəniyyət proqramı ilə də diqqət çəkib. Fevralın 6-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının “Daşa yazılmış tarix” adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub və bildirilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib. “Daşa yazılan tarix” xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxarət duymağı öyrədən bir tarixdir.

Həmin gün E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının “Tamyr” adlı konserti də keçirilib. Səhnədə “Turan” Folklor-Etnoqrafik Ansamblı, “Gulder” Ansamblı, “Saltanat” Dövlət Rəqs Ansamblı, K. Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının kollektivi və E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər. Bu tədbir həm də türk dövlətlərinin sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verib.

Fevralın 7-də Şura Toplantısı çərçivəsində “Divani lüğat it-türk” adlı beynəlxalq sərginin açılış mərasimi də yaddaqalan olub. Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin “Divani lüğat it-türk” əsərinin 950 illiyinə həsr olunub. Bu möhtəşəm sərgi çərçivəsində türk xalqlarının zəngin mədəni irsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixi əlyazmalar və türklərin XI əsrə aid mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar təqdim edilib.

Xatırladaq ki, “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024–2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, UNESCO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: “Divani lüğat-it türk” əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.

– Maraqlı müsahibə üçün sağ olun. Türk Mədəniyyəti və İrsi Fondunun bütün yaradıcı heyətinə və tərəfdaşlarına uğurlar arzulayırıq.

Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri