Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Qardaşımız İranı belə kölgədə qoydu, Azərbaycana dil uzatdı!

Qardaşımız İranı belə kölgədə qoydu, Azərbaycana dil uzatdı!

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə qardaşdır. Vaz keçməyəcəyimiz bir dövlətdir bizim üçün. Türkiyədə dövlətin başında kim olursa olsun, biz azərbaycanlılar o dövləti sevirik, sevəcəyik, ona bağlıyıq. Yəni bəzən Türkiyə ilə bağlı kimlərsə tənqid səsləndirəndə qardaş ölkədə kimlərsə ayağa qalxıb iddia edir ki, azərbaycanlılar bizə qarşı çıxdı filan.

Amma…

Amma Azərbaycanda dövlətin bir qırmızı cizgisi var Türkiyə məsələsində. Bizim heç bir dövlət rəsmimiz Türkiyə ilə bağlı qırmızı cizgiləri aşmaz, hətta mümkün qədər çalışar ki, ümumi ictimai rəydə də qardaş ölkəyə dil uzadılmasın.

Təbii ki, belə bir yanaşma, durum təsadüfi deyil. Biz axı Ulu öndər Heydər Əliyevin sözü ilə desək, “Bir millət, iki dövlət”ik. Bu baxımdan Türkiyə həm də biz azərbaycanlıların dövlətidir. Buna görə dövlətimizin başındakılar qardaş ölkəyə yanaşmada ayrı bir həssaslıq – üstün sayğı nümayiş etdirir.

Biz azərbaycanlılar eyni münasibəti qardaş Türkiyədən də gözləməkdə haqlıyıq. Çünki qardaşlıq məhz bunu zəruri edir, münasibətlər bərabərhüquqlu olmalı, qarşılıqlı sayğıda, qırmızı cizgilərdə qüsura yol verilməməlidir…

Yenə də bir amma…

Amma görünən odur ki, son dönəmlər Türkiyədən Azərbaycana dillər uzadılır. Əslində daha əvvəl də oradan buraya dillər uzadılıb. Lakin çox da bənd olmamışıq. Bilmişik ki, iki dövlətin və xalqın arasına nifaq toxumları səpmək istəyən üçüncü qüvvələr qardaşlığımızı həzm edə bilmir, bizi qarşı-qarşıya gətirmək istəyirlər. Həm də belə hallarda qardaş ölkənin rəsmilərindən kimsə açıqlama yayaraq Azərbaycana uzadılan dillərə yerini göstərib, bu da bizi qane edib…

İndi isə…

İndi isə baxırıq ki, həftələrdir Türkiyədə bir anti-Azərbaycan ruzigarı əsir! Əssin də, amma gözəlim Türkiyə dövlətinin rəsmilərindən kimsə önə çıxıb bu ruzigara qarşı nəsə demək belə istəmir! Demirik ki, Cümhurbaşkanı Rəcəb Tayyip Ərdoğan səviyyəsində nəsə desinlər, ən azından hansısa bir məmur bunu edə bilər də!

Etmədilər uzun müddət. İmkan verdilər ki, kimlərsə anti-Azərbaycan kampaniyasını daha da körükləndirsin. Biz isə Bakıda oturub qardaş ölkəyə yumşaq bir dillə çağırışlar etdik, onlardan gözləntimizi nəzakətlə dilə gətirdik, istədik ki, kimsə çıxıb alovların üzərinə su səpsin…

Səpdilər…

Lakin çox gec səpdilər o suyu. Özü də hakim AK Parti rəsmisinin dilindən. Bunu belə fürsət bildik, münasibətlərin daha irəli daşınması üçün çalışırdıq ki, bir də baxdıq yenə də bir dinçi “yobaz” çıxıb iki ölkə münasibətlərini bərbad edəcək açıqlama verdi! Özü də rəsmi vəzifəsi olan birisi: Cümhurbaşkanı baş müşaviri Oktay Saral! Yəni belə bir vəzifə sahibinin özbaşına durub da Azərbaycana dil uzatması heç ağılabatan ola bilməz!

Biz də ona uyğun dildə cavab vermək məcburiyyətində qaldıq. Şəxsən özüm adamın sosial media hesabında etdiyi və Azərbaycana qarşı zorbalıq kimi dəyərləndirilə biləcək paylaşımına, “sən də kimsən axı, adam? Get, o kirli burnunu Azərbaycanın iç işlərinə soxma! Kimsən, öz ölkəndəsən, öz işinə bax! Mövzunun da “inanc gərəyi” deyil, “İran gərəyi başörtüsü” olduğunu öyrən hələ…”

Məcbur olduq bu cür dildə cavab verməyə! Yəni özləri məcbur etdilər!

İndi kimsə deyə bilər ki, bəlkə, tələsməsəydik? Bəlkə, ardınca başqa və daha ağıllı bir açıqlama gələ bilərdi-filan. Əsla gözləmirəm! Çünki din adı altında ərəb sevgisi bunların gözünü o qədər örtüb ki, doğma qardaşları olan Azərbaycana belə arxa çevirib dil uzadırlar! Nəymiş? İslammış, dinmiş, din qardaşlığı, təəssübü imiş! Biz axı həmişə demişik, Türkiyə ilə biz “bir ümmət – iki dövlət deyilik”, “bir millət – iki dövlət”ik! Yəni din məsələsi bizi nə birləşdirə, nə də ayıra bilər…

Bir də diqqətimizi çəkən başqa məqam var. Azərbaycan həftələrdir (əslində, aylar və illərdir) Türkiyədə hədəf alındığında bunlar belə çevik reaksiya verməyə heç tələsmirlər. Amma oktyabrın 12-də Bakıda İrana bağlı təxribatçı qruplar məktəblərə terror hücumları edir, qapıları qırır, əl qədəri uşaqları qorxudur, müəllimləri döyməyə qalxır, dərsləri pozur, adını da “hicab davası” qoyur, üzərindən bir neçə saat keçmiş qardaş Türkiyə Cümhurbaşkanının baş müşaviri durub hədsiz bir şəkildə Azərbaycana dil uzadır! Halbuki biz belə ədəbsiz dil uzatmanı hadisələrin arxasındakı İranın rəsmi məqamlarından gözləyirdik. Olsaydı, heç təəccüb edən də deyildik. Di gəl ki, qardaşımız bizə qənim kəsilmiş İranı belə kölgədə qoydu, Azərbaycana dil uzatdı!

Nə idi bu tələskənlik, Türkiyəm? Bəlkə, özəl kanallarla dövlətimizin yetkililəri ilə danışaydınız? Olmazdımı? Bəlkə, sizə elə bir izah veriləcəkdi ki, (hərçənd buna da məcbur deyilik) bizi dəstəkləyən açıqlamaya zərurət duyacaqdınız? Necə oldu ki, bizi söyənlərlə bağlı həftələrlə susdunuz, tələsmədiniz, amma Bakıda açıq terror olaylarına belə sürətlə reaksiya verdiniz?

Olmaya?

Olmaya… dilim də gəlmir deyəm… Bakıdakı olayların arxasında İranla bərabər gözəlim Türkiyəm də var? Cümhurbaşkanının baş müşavirinin paylaşımına baxsaq, belə düşünməyə tam əsasımız var! İstəməzdik belə olsun, amma görünənlər də bizi təəssüflə belə düşünməyə vadar edir…

İndi ki belə oldu, demək, məcburiyyətindəyik. Türkiyə dövlət olaraq bizim üçün əziz və vazkeçilməzdir. Yəni o dövlətin başındakılar bizə dil belə uzatsa, Azərbaycan olaraq Türkiyədən vaz keçən deyilik. Lakin bir həqiqəti də qardaş ölkədə dərk etməlidirlər ki, qardaşlıq öz yerində, hər kəs həddini və yerini biləcək! Necə ki, bizim dövlətimizin rəsmiləri qardaş ölkənin iç işlərinə heç bir şəkildə müdaxilə etmir, Türkiyəyə yol göstərib ağıl vermir, Ankarada oturanlardan da eyni münasibəti gözləmək haqqımızdır.

Özlədik…

Atatürk Türkiyəsini özlətdiniz bizə! Açıq deyirəm, qardaşlığımızın arasına din girincə, əsl qardaşın kim olduğu aydınlaşır. Ankarada oturanların əsl qardaşı biz türklər deyilmişik, özlərini dininə bağlayıb milli kimliklərini belə ayaqlar altına atdıran islam dini adı altındakı ərəb kültürüdür! Haradasan, Mustafa Kamal Paşa? Sənin qurub millətə əmanət etdiyin, ərəblərin cəhalətindən xilas edib irəli daşıdığın o gözəlim Türkiyə Cümhuriyyəti yenidən ərəb zehniyyətinə təslim edilib axı! Çıxsın yeni bir Atatürk artıq! Türklük Türkiyəyə, türk də özünə dönsün!

Yoxsa…

Yoxsa kimlərinsə bu ərəb sevdası üzündən dünya türkləri yenə də paramparça olub o müqəddəs qızıl alma ideallarını ertələməli olacaq…

Bir də sözüm qardaş Türkiyədəki milliyyətçi kəsimədir: bu mərhələdə səsinizi daha gur eşitməyə çox ciddi ehtiyac yaranıb. Səsiniz gəlsin…

Azər Həsrət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri