Icma.az
close
up
RU
Qazax qardaşımız Yerbolun Qarabağ sevdası

Qazax qardaşımız Yerbolun Qarabağ sevdası

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İgid şəhidin məzarı önündə növbəti görüş

Birinci Qarabağ müharibəsində Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı ağır savaşda qardaş qazax xalqının igid övladı, cəsur kəşfiyyatçı, baş çavuş Yerbol Barımbetov da iştirak edib. O, Qarabağa könüllü gələrək burada bir çox ağır döyüşlərdə qeyri-adi şücaətlər göstərərək qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları qazaxıstanlı igidin İkinci Fəxri xiyabandakı məzarını tez-tez ziyarət edir, xatirəsini daim əziz tuturlar. Bu günlərdə Yerbolun Qarabağda həlak olmasının 32-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

“İgid ölər, adı qalar!” deyib xalqımız. Qısa, lakin şərəfli ömür yaşamış Yerbolun adı və qəhrəmanlığı iki qardaş xalqın əbədi dostluq rəmzinə çevrilib. Yerbol Barımbetovun doğma vətəni Qazaxıstanda da tanınması və adının əbədiləşdirilməsinə nail olan “Yerbol - Qarabağ şəhidi” kitabının müəllifi, tanınmış qazaxıstanlı şairə-publisist Nəsihə Gumarqızı şəhidin məzarı qarşısında cəsur həmyerlisi ilə qürur duyduğunu bildirdi. O dedi ki, Yerbol ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, Kəlbəcər, Tərtər, Murovdağ istiqamətindəki hərbi əməliyyatlar zamanı düşmənə ağır zərbələr endirib. 8 dəfə düşmən arxasında kəşfiyyatda olub, hər dəfə də inanılmaz hünər və cəsarət göstərib.

Qazaxıstanlı xanım daha sonra dedi:

– Mən hesab edirəm ki, Yerbol Barımbetovun döyüş yoldaşları, o cümlədən komandir, Milli Qəhrəman, polkovnik Eldar Ağayevin məzarının yanında İkinci Fəxri xiyabanda dəfn olunması Azərbaycan hökumətinin qazaxıstanlı döyüşçünün xatirəsinə ehtiramın bariz nümunəsidir. 2020-ci ilin payızında 44 günlük şanlı savaşda Tarixi Zəfər qazanan Azərbaycana növbəti dəfə gəlişimdən sonsuz qürur duyuram.

Qeyd edək ki, Nəsihə xanımın təşəbbüsü və fəal iştirakı ilə Qarabağın qazaxıstanlı şəhidi ilə bağlı 2 il əvvəl AMEA-nın Mərkəzi Kitabxanasında, sonrakı dönəmdə isə Azərbaycanın və Qazaxıstanın bir çox ali və orta təhsil müəssisələrində, hərbi hissələrdə görüş və toplantılar təşkil olunub, hər dəfə də əfsanəvi kəşfiyyatçı Yerbol Barımbetovun parlaq döyüş yolu qədirbilənliklə xatırlanıb, ruhuna dualar oxunub.

Yeri gəlmişkən, sözügedən görüşlərin bir çoxunun iştirakçısı olduğum üçün tam səmimiyyətlə deyə bilərəm ki, vaxtilə cəbhədə Yerbolla birlikdə vuruşan döyüşçü dostları, onların ailə üzvləri, qazilərin hər biri Qarabağın qazaxıstanlı şəhidinə qəlblərində dərin sevgi və rəğbət bəsləyir və onun məzarını vaxtaşırı ziyarət eməyi özlərinə mənəvi borc bilirlər.

Anım mərasimində çıxış edən 776-cı Əlahiddə Xüsusi Təyinatlı Taborun şəxsi heyət üzrə rəhbəri, istefada olan kapitanı Saleh Əliyev dedi ki, Yerbol Barımbetov adi, sıravi kəşfiyyatçı deyildi. Onun cəsur və qorxubilməz bir əsgər olduğu düşmənə bəlli idi və adı çəkiləndə ermənilər qorxularından tir-tir əsirdilər. Saleh Əliyev zahirən sakit, təmkinli insan olsa da, Yerbolun şücaətlərindən danışanda hər dəfə olduğu kimi, həyəcanını gizlədə bilmirdi. O, sonda sonsuz bir fəxarət hissilə dedi:

– Yerbol və onun başçılıq etdiyi kəşfiyyat qrupunun üzvləri Qarabağda böyük qəhrəmanlıq dastanı yazıblar. Onların hər biri Vətənimizin qəhrəman adlandırılmağa layiq oğullarıdır! Yerbol Barımbetov isə təkcə qardaş Qazaxıstanın deyil, həm də Azərbaycanın sevimli igid övladıdır!

Kapitan Saleh Əliyev sonra özünün və döyüşçü dostlarının, hələ ki, ürəklərindəki bir arzunu dilə gətirdi:

– Hökumətimiz sağ olsun, baş çavuş Yerbol Barımbetova Qarabağ müharibəsi veteranı statusu verilib. Çox istərdik ki, layiq olduğu ordenlərlə də qiymətləndirilsin. Ümid edirik ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu məsələ ilə bağlı təşəbbüs göstərəcək.

Bu yerdə bildirək ki, 1994-cü ilin əvvəllərində Yerbolun şəxsi işi itdiyindən onun həlak olması xəbərini bir müddət Qazaxıstandakı doğmalarına çatdırmaq mümkün olmayıb. Lakin döyüşçü dostları bu istiqamətdə gərgin səylərini uzun illər davam etdiriblər. Nəhayət, 2022-ci ilin yazında Yerbolun valideynlərinin Qazaxıstanda dəqiq ünvanını müəyyən etmək mümkün olub.

Dərhal Qazaxıstandakı Azərbaycan diasporunun fəal iştirakı ilə Yerbol Barımbetovun doğulub boya-başa çatdığı Cambul vilayətindəki Luqovski rayonunun Koraqatı kəndində şəhidin anım mərasimi təşkil olunub. Kapitan Saleh Əliyev və Yerbolun rəhbərlik etdiyi 9 nəfərlik kəşfiyyat qrupunun 4 ağır güllə yarası ilə sağ qalan yeganə üzvü Mehman Məmmədov mərasimdə iştirak ediblər.

Mehman Məmmədov bildirdi ki, o, qazax torpağında mərasimə toplaşanlar qarşısında Yerbolun qeyri-adi igidliyi barədə ürəkdolusu söz açandan sonra uzun illər qəlbində gəzdirdiyi ağır nisgilin xeyli yüngülləşdiyini hiss edib. Mehman sonra həyəcanla söylədi ki, həmin günlərdə komandiri bir neçə dəfə onun yuxusuna gəlib, nurlu siması, saf, işıqlı baxışları ilə gülümsəyərək sanki Azərbaycanda onun xatirəsini əziz tutan dostlara minnətdarlıq duyğularını çatdırmaq istəyib. Bu sözləri deyib kəşfiyyatçı Mehman Məmmədov doluxsundu və sözünü davam etdirə bilmədi.

Qazaxıstandakı anım mərasimində iştirak edən azərbaycanlı döyüşçülər həm də ona çox təəssüfləniblər ki, Yerbolun hər iki valideyni övladlarının qəhrəmanlıqlarından xəbərdar olmadan dünyalarını dəyişiblər. Şəhidin qardaşı Nurbol Barımbetov isə 1992-ci ilin aprelində Nəsihə xanım ilə birlikdə Bakıya gələrək Yerbolun məzarını ziyarət edib.

Toplantıda çıxış edən qocaman alim, Turan Elmlər Akademiyasının Azərbaycan filialının vitse-prezidenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Tağıyev qeyd etdi ki, Yerbol böyük Türk dünyasının igid oğludur. “Türk ağsaqqalları” qəzetinin redaktoru, 78 yaşlı jurnalist Əli Qarayev isə dedi ki, “Yerbol Qarabağa könüllü gələrək burada vuruşmaqla xalqlarımız arasında qurulan əbədi dostluq və qardaşlıq ənənələrinə yeni bir ruh qatıb”.

Düşünürəm ki, həmin gün toplantıda çıxış edən Birinci Qarabağ müharibəsi veteranı, hazırda Qazaxıstanın Petropavlovsk şəhərində yaşayan, istefada olan mayor İsa Allahverdiyevim adını çəkməmək, ədalətsizlik olardı. O, əslən Gürcüstanın Dmanisi rayonunun Aşağı Qarabulaq kəndindəndir. Mayor dedi:

– Qazax xalqının gözəl bir atalar məsəli var: “Birlik dirilik olsun!”. Buna bənzər zərbi-məsəllər bizdə də, digər türk xalqlarında da var. Yerbol Barımbetov sadə bir qazax ailəsində dünyaya gəlib, Qarabağda hünər və qəhrəmanlıq göstərməklə mübarək adını Böyük Turan qəhrəmanı kimi əbədi həkk edib!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva da İkinci Fəxri xiyabanda Yerbolun məzarını ziyarət edənlərin arasında idi. O, daimi oxucusu olduğu “Xalq qəzeti”nə eksklüziv müsahibəsində bildirdi ki, 1990-cı illərin əvvəllərində ölkəmizdə elektronika sahəsində istedadlı tədqiqatçı-alim kimi tanınan qardaşı Rəşid Əliyev Qarabağda müharibə başlananda elmi işini yarımçıq qoyub “mənim elmim də, həyatım da oradadır” deyərək könüllü cəbhəyə gedib. Tale elə gətirib ki, Rəşid Əliyev 776-cı Əlahiddə Xüsusi Təyinatlı Taborun rabitə şöbəsinin rəhbəri olub və burada xidmət edən Yerbolla aralarında yaxın dostluq, əsl qardaşlıq münasibətləri yaranıb.

Lalə xanım həzin, kövrək səslə xatırladı ki, bir neçə il əvvəl dünyasını dəyişən Rəşid cəbhədən qayıdandan sonra uzun müddət Yerbolun cəbhədə ağır döyüşlər zamanı qeyri-adi şücaətlərindən söz açardı. Rəşid Yerbolun mütləq Azərbaycanın ən yüksək ordenlərindən biri ilə təltif ediləcəyinə də qəlbən inanırdı.

Lalə xanım söhbətin sonunda 776-cı taborun igid döyüşçüləri barədə geniş məlumatlar toplayaraq ayrıca kitab üzərində işlədiyini bildirdi və sonra özü ilə gətirdiyi al qərənfilləri ehmalca Yerbolun məzarı üstünə qoyaraq həzin səslə dedi: Allah rəhmət eləsin!

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri