Icma.az
close
up
RU
Qardaşına görə xalçaya çıxmayan Amil Qasımovun ə MÜSAHİBƏSİ

Qardaşına görə xalçaya çıxmayan Amil Qasımovun ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Sambo üzrə ikiqat Avropa və birqat dünya çempionu Amil Qasımov uzun illərdən sonra müsahibə verib.

İdman.Biz Azərbaycanın sambo üzrə sonuncu dünya çempionu ilə müsahibəni təqdim edir.

- Siz Gəncədə doğulmusunuz və burada güləş həmişə prioritet olub. Necə oldu ki, sambo ilə məşğul oldunuz?

- Mənim seçimim yox idi (gülür). Qardaşım Ramil Qasımov – para cüdo üzrə Paralimpiya çempionudur və o da karyerasına sambodan başlayıb. Əmim oğlu Şahmurad Qasımov da samboçudur, dünya çempionudur. Belə böyük qardaşların olduğu yerdə bu idman növündən yan keçmək mümkün deyildi. Üstəlik, mənim vaxtımda Gəncədə sambo cüdo və sərbəst güləşdən daha populyar idi.

- Amma qardaşınız sonda cüdonu seçdi...

- Bəli, yaxşı nəticələr göstərirdi. Sonra görmə qabiliyyəti ilə bağlı problemlər yarandı, əvvəl çıxışlarını dayandırdı, daha sonra para cüdoçu kimi davam etdi və 2016-cı ildə çempion oldu. Şahmurad isə 1997-ci ildə, federasiyamızın hazırkı prezidenti Ceyhun Məmmədovun də çıxış etdiyi dövrdə dünya çempionu olmuşdu. Mən isə samboda qaldım, ayrıla bilmədim.

Birincisi, burada özümü daha rahat hiss edirdim. Nəticələr də bunu göstərir: cüdoda maksimum ölkə çempionatında ikinci olmuşam. Samboda isə dünya çempionu, ikiqat Avropa çempionu və bir çox turnirin mükafatçısıyam. İkincisi, dünya çempionu statusu mütləqdir - səni belə təqdim edəndə çoxları hansı növdə qalib gəldiyini soruşmur. Bu, idmanda ən yüksək nailiyyətdir.

- Buna baxmayaraq, cüdoda qardaşınıza görə Azərbaycan çempionu ola bilmədiniz...

- Bu da fakt deyil (gülür). Bəli, bir dəfə eyni çəki dərəcəsində - 73 kq-da çıxış etdik və yarımfinalda qarşılaşdıq. Təbii ki, güləşmədik - mən sadəcə xalçaya çıxmadım. O isə məni çox razı salmağa çalışırdı ki, çıxış edim. Amma mən kiçik qardaş kimi başqa cür davrana bilməzdim.

- Dünya çempionluğu üçün nələrdən imtina etmək lazımdır?

- Çox şeydən. Əsas məsələ məqsədə tam fokuslanmaqdır. Məişət qayğılarını, qazanc haqqında düşüncələri, şəxsi problemləri kənara qoymaq lazımdır. Valideynlərimə minnətdaram, onlar həmişə deyirdilər ki, iş və pul haqqında düşünmə, yalnız samboya fokuslan. Mən də belə etdim.

- 2014-cü ildə dünya çempionu oldunuz, amma titulunuzu qoruya bilmədiniz. Nə çatmadı?

- İlk Avropa Oyunlarında aldığım zədə mane oldu. Orada “gümüş” qazandım. Dünya çempionatına cəmi üç ay qalırdı və tam bərpa oluna bilmədim. Amma psixoloji səhv də oldu: Avropa çempionluğundan sonra arxayınlaşdım, düşündüm ki, dünya çempionatını da asan qazanacağam. Bu, mənim üçün böyük dərs oldu – belə turnirlərdə bir an da diqqəti itirmək olmaz. Nəticədə finalda uduzdum və titulumu qoruya bilmədim.

- Niyə son 12 ildə yeni dünya çempionumuz olmayıb?

- İstedadlı idmançılar var, federasiya da yeni ulduzların axtarışı üçün böyük iş görür. Problem ondadır ki, çempion olmaq hər kəsə nəsib olmur. Bunun üçün sona qədər getməyə hazır olmaq lazımdır. Məqsədə daim fokuslanmaq, çəkiyə nəzarət etmək, ölkədə birinci olmaq, beynəlxalq rəqibləri öyrənmək vacibdir. Uğur o zaman gəlir ki, qalib gəlmək arzusu hər şeydən üstün olur. Əminəm ki, Azərbaycan sambosunda yeni dünya çempionu uzaqda deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Mart 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri