Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Qarın ağrılarına səbəb ola biləcək 3 zərərli qida vərdişi

Qarın ağrılarına səbəb ola biləcək 3 zərərli qida vərdişi

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Heç kim inkar etməz ki, qida orqanizmə enerji və güc verməli və gün ərzində gümrah olmanı təmin etməlidir.

Lakin bəzən elə olur ki, kafedə, qonaqlıqda və ya evdə qida qəbulundan sonra yorğunluq, yuxululuq, süstlük və hətta qarın şişkinliyi və ishal kimi hallar baş verir. Məhsulların təzə olduğuna və yeməyi təzəcə odun üzərindən götürüb yediyinizə əmin olsanız da, iş qabiliyyətinizin azaldığını və mədənizin gözlənilmədən fərqli reaksiya verdiyini hiss edirsiniz. Bəs bunun səbəbi nə ola bilər?

Sən demə, qida orqanizmi gücləndirmək və sağlamlığını təmin etməklə yanaşı həm də bu enerjini ala bilər. Buna səbəb isə bəzi qida vərdişləridir ki, bu vərdişləri dəyişmək məsləhətdir.

Beləliklə, bu qida vərdişləri hansılardır?

1. Nişasta və zülalın birləşməsi

Yəqin ki, bir çoxlarınız kartof püresinin yanında qarnir olaraq mal ətindən kotlet, qızartma və ya steyk yeməyə üstünlük verirsiniz. Və ya balığı çörəklə, sıyığı ətlə yeməyi sevənlər var. Belə nümunələrdən çox gətirmək olar. Əsas olan bir qaydanı unutmamaqdır: nişasta və zülalları ayrı-ayrı vaxtarda qəbul edin! Başqa sözlə, çörək, sıyıqlar, kartof və digər bu kimi nişastalı məhsulları ət, balıq, yumurta, pendir, kəsmik, qoz və digər züllallı qidalardan ayrılıqda yeyin.

Nişasta tez, zülal isə gec həzm olunur və nişastalı məhsullar tezliklə nazik bağırsağa düşmək əvəzinə züllaların həzm olunması üçün bir neçə saat “növbədə gözləməli olur”. Bu isə mədə-bağırsaq pozğunluqları, mədədə yanğı, gəyirmə və qarında şişkinliklə nəticələnə bilər. Unutmayın ki, nişasta və züllallarla daha çox tərəvəzlərin yeyilməsi məqbuldur.

2. Soyuq içkilər içmək vərdişi

Yayın istisində çox az adam əvvəlcədən soyuducuya qoyularaq soyudulmuş su və digər içkilərlə sərinləmək həzzindən vazkeçə bilər. Lakin buzlu su qan damarlarını daraldır, orqanizmə qidanı həzm etməyə mane olur və qida maddələrini özünə çəkir. Bu isə birbaşa piylənməyə gətirib çıxarır.

Əgər qazlı və ya adi su içmək istəyirsinizsə, otaq temperaturunda və buzsuz olmasına diqqət edin.

3. Yeməyin yanında su içmək vərdişi

Su – olduqca faydalıdır. Nə qədər çox içsən, bir o qədər də orqanizm toksinlərdən və zərərli tullantılardan təmizlənir, su balansı tənzimlənir, sağlamlıq göstəriciləri yaxşılaşır. Ancaq yemək mədəyə düşdükdə bir neçə stəkan suyun içərisində “boğulursa” – bu, həzm pozğunluğu, qarın şişkinliyi, sancılar və digər narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən də suyu yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1 saat sonra için. Əgər mütləq su içmək ehtiyacı duyursunuzsa, o zaman heç olmasa sadəcə 1 stəkanla kifayətlənin.

Əgər zərərli qida vərdişlərinizi tərgidərək bu sadə tövsiyələrə əməl etsəniz, onda qəbul etdiyiniz qida sizə güc, gümrahlıq və iş qabiliyyəti bəxş edəcək.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri