Icma.az
close
up
RU
Qarın piyindən qurtulmağa kömək edən 1 nömrəli tərəvəz

Qarın piyindən qurtulmağa kömək edən 1 nömrəli tərəvəz

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diyetoloqlar məsləhət edir: incə bel və düz qarın istəyənlər bu tərəvəzdən çox yeməlidirlər

Visseral yağ – qarın boşluğunun dərin qatlarında yığılan piydir və bu, diabet və ürək xəstəlikləri riskini artırır.

Tribunainfo.az Eatingwell nəşrinə istinadən xəbər verir ki, karotinoidlər və liflə zəngin tərəvəzlərin qəbulu bu zərərli piydən qorunmağa kömək edə bilər. Bir çox tərəvəzlər bu baxımdan faydalı olsa da, diyetoloqlar ən təsirli olanın ispanaq olduğunu bildirirlər.

Arıqlamaq üçün ispanağın faydaları
1. İltihab əleyhinə təsir göstərir
İspanaq tərkibində lutein və zeaksantin kimi güclü bitki birləşmələri – karotinoidlər daşıyır. Diyetoloq Molli Sinder bildirir ki, “Karotinoidlə zəngin tərəvəzlər piylərin oksidləşməsini artıraraq və iltihabı azaldaraq visseral piyin azalmasına səbəb ola bilər.”

Araşdırmalar göstərib ki, qanında lutein və zeaksantin kimi karotinoidlərin səviyyəsi yüksək olan insanlarda visseral piy daha az olur.

2. Orqanizmi liflə təmin edir
Diyetoloq Diana Xan qeyd edir: “Karotinoidlə zəngin tərəvəzlər həm lif, həm də su ilə bol olduğundan toxluq hissini artırır, kalori qəbulunu azaldır və visseral yağla əlaqəli xolesterinin səviyyəsini yaxşılaşdırır.”

Tədqiqatlar da sübut edib ki, liflə zəngin qidalananlar qarında daha az piy yığırlar. Məsələn, bir fincan bişmiş ispanaq 4 qram lif, yəni gündəlik tövsiyə olunan 28 qramın 14%-ni təmin edir.

3. Yağın toplanmasının qarşısını ala bilər
Araşdırmalara əsasən, qanında karotinoidlərin səviyyəsi yüksək olan insanlarda həm visseral, həm də ümumi bədən piyləri azalır. Məsələn, bir araşdırmada göstərilib ki, karotinoidlərin səviyyəsi artdıqca, bədən piyləri və bel çevrəsi azalır.

Dəqiq səbəb bilinməsə də, ispanaq kimi məhsullardan alınan karotinoidlərin piyin, xüsusilə də visseral piyin toplanmasının qarşısını aldığı güman olunur.

Belin incəlməsi üçün digər məsləhətlər
Diyetoloq Anar Allidina deyir: “Təkcə karotinoidlər piyin əriməsinə kifayət deyil. Lakin karotinoidlə zəngin tərəvəzlərin, protein, lif və faydalı yağlarla birlikdə qəbulu maddələr mübadiləsini sürətləndirir və zamanla visseral piyin azalmasına kömək edir.”

Hərəkətli olun. Güc məşqləri və aerobik hərəkətlər visseral piyin azalmasında mühüm rol oynayır. “Yeməkdən sonra gündəlik qısa gəzintilər belə qarın piyini azaldır,” – deyə Allidina vurğulayır. Ən önəmlisi isə davamlılıqdır ki, zamanla əzələ itkisini qarşısını alsın.
Kifayət qədər protein qəbul edin. “Protein əzələ kütləsini qoruyur, maddələr mübadiləsini dəstəkləyir və toxluq hissini saxlayır,” – deyə o əlavə edir.
Stressi idarə edin. Yüksək stress səviyyəsində yaşamaq və bununla mübarizə üsulları olmadan yaşamaq sağlamlığa zərər verə və artıq visseral piyin yaranmasına səbəb ola bilər. Çünki stress kortizol hormonunun səviyyəsini artırır və bu da qarın bölgəsində piy toplanmasına səbəb olur.

Ispanağın digər faydaları
İspanaq ən faydalı yarpaqlı tərəvəzlərdən biridir. Adətən onu sağlam həyat tərzi sürənlər yetişdirir və ya alır. Lakin ispanaq hər kəs üçün faydalı olan vitamin və mikroelementlərlə zəngindir.

Bu yarpaq bitkisi hələ hər kəsin süfrəsində yer almamış olsa da, qidalanmada vacib rola malikdir.

İmran Kərmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri