Icma.az
close
up
RU
Qarlı yollar, odun dərdi və 2000 manatlıq ümid kənd müəllimləri nə düşünür?

Qarlı yollar, odun dərdi və 2000 manatlıq ümid kənd müəllimləri nə düşünür?

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, 2026-cı ildə maaşınıza əlavə olaraq ildə təxminən 2 min manat veriləcəyi açıqlanıb. Sizcə bu məbləğ kənddə yaşam xərclərini qarşılamaq üçün yetərlidirmi?

Kənd yerlərində müəllimlər üçün əsas çətinlik nədir — yaşayış, sosial şərait, yoxsa məktəbin texniki təminatı?

Bu əlavələrdən sonra gənclərin kənd məktəblərinə marağı artacaqmı, yoxsa problem hələ də qalacaq?

Yol, kirayə və kommunal xərclər üçün nəzərdə tutulan vəsait sizə nə dərəcədə real kömək olacaq?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən Xaçmaz rayonunun kənd məktəbində müəllim işləyən Nərmin Həsənova suallarımızı cavablayıb.

N. Həsənovanın sözlərinə görə, ildə verilən 2000 manat aylıqmı, yoxsa, birdəfəlik ödəniş olacağı barədə məlumatım yoxdur. Əgər birdəfəlik ödəniş olacaqsa, xeyr, xərcləri qarşılamayacaq. Amma hər ay üçün nəzərdə tutulursa, bu olduqca sevindirici bir haldır. Belə olan halda, müəllimlər xərclərin demək olar ki, əksəriyyətini qarşılaya bilər.

Müəllimə kənd məktəblərində çalışan müəllimlərin fərqli şərait və mühitdə olduğunu qeyd edərək deyib:

“Elə müəllim tanıyıram ki, o, məktəbə getmək üçün qarlı yollar keçir. O kənddən bu kəndə gəlir. Onun yaşam şəraiti ilə adi kəndlərdə olan müəllimin komfortu eyni deyil. O müəllim yanacaq, odun əldə etməlidir. Bu dağlıq kəndlərdəki müəllimlərə aiddir. Aranda yaşayanlar üçün aylıq bu qədər məbləğ kifayət edəcək. Sosial şərait düzəldikdən sonra müəllimin işə motivasiyası da yüksək olacaq. Müəllim kirayə haqqı dərdi çəkməmiş olacaq”.

Gənclərin kənd məktəbinə marağının artmasından bəhs edən müəllim bildirib:

“Pul ən böyük motivasiyadır. Pulun, dəyərin, qiymətin çox olduğu yerdə hamı olmaq istəyər. Əgər bu həqiqətən də il ərzində tətbiq olunacaq bir ödənişdirsə, burada maraq artacaq. Buna inanıram”.

“Əgər bu ödəniş ildə bir dəfə üçün nəzərdə tutulubsa, müəllim onu aylara ölməlidir. Müəllim O pulu yalıq xərclərinə çatdırmağa çalışacaq. Müəyyən mənada kömək olacaq. Dağ kəndlərində və aran kəndlərdə yaşayan müəllimləri nəzərə alsaq, yenə deyirəm hər ikisinin həyat şəraiti fərqlidir. Qış vaxtı bəzi kəndlərdə hava şəraiti kəskin soyuq olur. Orada istiliyin təminatı üçün müəyyən məbləğ tələb olunur. Bunu təmin etmək üçün yenə də bu məbləğin müsbət təsir edəcəyinə inanıram”.

Öz praktikasından yola çıxan Nərmin Həsənova sonda vurğulayıb:

“Mən artıq kənddə yaşamıram. Yaşadığım dövrdə də bu xərclər çox aşağı olub. Həmin müddətdə, 2015-2017-ci illərdə vəziyyət indiki qədər çətin deyildi. Xərclər fərqli idi”.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri