Qarsda Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş konsert olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 8 may, AZƏRTAC
Qarsda Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el şairi Aşıq Ələsgərin xatirəsinə həsr olunan konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycandan Qarsa: sazın-sözün körpüsü” adlı konsert proqramı Göyçə mahalında yaşayıb-yaratmış el şairinin vəfatının 100-cü ildönümünə həsr olunub.
Qars Mədəniyyət İdarəsinin binasında təşkil olunan konsertin təşkilatçıları Qars Azərbaycan İş Adamları Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) olub. Tədbirə ölkəmizin Qarsdakı Baş Konsulluğu dəstək göstərib.
Proqramın aparıcıları Aşıq Ələsgərin yaradıcılıq irsinin bütün Türk dünyası üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, onun əsərləri əsrlər keçməsinə baxmayaraq yaşayır və sevilir.
Aşıqlar Tural Bağırovun, Əfqan Şamilovun, Zülfiyyə İbadovanın, balaban ifaçısı Asiman İsmayılovun və digər sənətçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:136
Bu xəbər 08 May 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















