Icma.az
close
up
RU
Qarsda Heydər Əliyev adına liseydə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi anılıb

Qarsda Heydər Əliyev adına liseydə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi anılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 12 may, AZƏRTAC

Mayın 12-də Türkiyənin Qars şəhərindəki Heydər Əliyev adına Anadolu texniki-peşə liseyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, lisey rəhbərliyinin Azərbaycanın Qarsdakı Baş konsulluğunun dəstəyi ilə təşkil etdiyi tədbirdə diplomatlar, valilik, Təhsil İdarəsi və Qars Bələdiyyəsinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə görkəmli dövlət xadiminin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova çıxış edərək Ümummilli Liderin həyat yolu, Azərbaycan dövlətçiliyinin yaranması və inkişafında töhfə verməsi haqqında danışıb. O, Heydər Əliyevin adı ilə bağlı olan taleyüklü qərarların müasir Azərbaycanın inkişafının təməlini qoyduğunu vurğulayıb. Həmçinin böyük siyasətçinin Türk dünyası, o cümlədən Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsindəki rolunu xatırladıb, gəncləri Azərbaycanın dövlətçilik memarı Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk irsinə hörmət etməyə və onların vəsiyyətlərinə əməl etməyə çağırıb.

Daha sonra çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev dahi şəxsiyyət Heydər Əliyevin xilasedici missiyasına toxunaraq qeyd edib ki, Ümummilli Liderin ölkənin çox çətin dövründə hakimiyyətə qayıdıb. Bu da respublika üçün real tarixi şans olub.

Baş konsul Heydər Əliyevin hər zaman qardaş Türkiyə ilə əlaqələrə böyük önəm verdiyini, iki ölkə arasında hərtərəfli əməkdaşlığa səy etdiyini qeyd edib. O, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasına diqqət çəkib.

“Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi böyük liderlər bizə güclü dövlət miras qoyublar ki, bu gün Azərbaycan və Türkiyə vətəndaşları azad və müstəqil şəkildə yaşasınlar. Hər bir vətəndaş bu dəyərli irsin əsl mahiyyətini dərk etməlidir”, – deyə Zamin Əliyev bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diplomat əlavə edib ki, Ümummilli Lider 2002-ci ildə Qarsı ziyarət edib və məhz onun tapşırığı ilə bu şəhərdə Azərbaycanın Baş konsulluğu açılıb.

Zamin Əliyev əminliklə bildirib ki, Azərbaycan ilə Türkiyə arasında birlik və həmrəylik istənilən çağırışa qarşı mübarizədə uğurun açarıdır.

Tədbirin sonunda liseyin bir qrup şagird və müəllimi təltif olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri