Icma.az
close
up
RU
Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla yad edilib

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla yad edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 24 may, AZƏRTAC

Mayın 23-də Kahramanmaraşda Azərbaycan məhəlləsində yerləşən Heydər Əliyev adına ibtidai məktəbdə Azərbaycan dövlətçiliyinin memarının anadan olmasının 102-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Kahramanmaraşdan olan millət vəkili, Türkiyənin keçmiş kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Sütçü İmam Universitetinin rektoru Alptekin Yasım, Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Demiröz, siyasi partiyaların nümayəndələri, təhsil müəssisəsinin rəhbərliyi, müəllimləri və tələbələr iştirak ediblər.

Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erxan Demiröz Azərbaycanın dahi oğluna həsr olunmuş tədbirdə iştirak etməkdən qürur duyduğunu bildirib: “Biz bu gün adı bu məktəbin divarları arasında da yaşayan dahi Heydər Əliyevi ehtiramla anırıq. Milyonlarla insana örnək olaraq qalan dövlət xadimi gənclərin inkişafına və təhsilinə böyük önəm verirdi”.

Kahramanmaraş Təhsil İdarəsinin müdiri təbii fəlakət zonasının sakinlərinə, o cümlədən rayonun təhsil sisteminin bərpası məsələsində göstərdiyi köməyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlığını bildirib.

Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova uşaqları dahi Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə əməl etməyə, öz ölkəsinə layiqli vətəndaş olmağa, Türkiyə və Azərbaycan birliyinin keşiyində durmağa çağırıb.

Türkiyə parlamentinin deputatı Vahit Kirişçi dahi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.Siyasətçi Ümummilli Liderin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəni vurğulayıb.

Məktəbin şagirdləri Türkiyə və Azərbaycan qardaşlığına həsr olunmuş şeirlər səsləndiriblər. Sonra uşaqların rəqs nömrələri nümayiş olunub.

Tədbir Heydər Əliyevə, eləcə də Türkiyə və Azərbaycan dostluğu mövzusuna həsr olunmuş sərginin açılışı ilə başa çatıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri