Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasının sözçüsü Qayıdış Konsepsiyasından DANIŞDI

Qərbi Azərbaycan İcmasının sözçüsü Qayıdış Konsepsiyasından DANIŞDI

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ermənistan tərəfdən əgər Qərbi Azərbaycan İcmasının dialoq çağırışına cavab gələrsə və görüş baş tutarsa, əlbəttə, bu görüşə ilkin olaraq Azərbaycanın Qayıdış Konsepsiyasında nəzərdə tutulan bəndlərdəki təkliflərlə gediləcək.

Oxu.Az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

O xatırladıb ki, 26 yanvar 2023-cü ildə qəbul edilən Qayıdış Konsepsiyası İcmanın əsas sənədidir və icmanın fəaliyyəti ilə bağlı bütün məqamlar orda yer alıb:

"Konsepsiyada da bildirildiyi kimi, müzakirənin ana mövzusu Qərbi Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış olmalıdır. Soydaşlarımız ötən əsr ərzində mərhələlərlə ata-baba yurdlarından deportasiya olunublar, bu proses 1987-1991-ci illərin deportasiyası ilə yekunlaşıb. Qərbi Azərbaycanlıların Ümumdünya İnsan haqları bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan qayıdış hüququ təmin olunmalıdır".

U.Zülfiqar vurğulayıb ki, daha sonra qayıdış prosesindən irəli gələn digər məsələlər həll edilməlidir.

Onun sözlərinə görə, konsepsiyada da qeyd olunduğu kimi, əvvəlcə sülh yolu ilə qayıdışın müddəalarından biri olaraq beynəlxalq razılaşmanın əldə olunması, ardınca Azərbaycanlıların qayıdacaqları ərazilərə əvvəlcə beynəlxalq təhlükəsizlik missiyasının göndərilməsi və yerləşdirilməsi lazımdır:

"Təhlükəsiz şəkildə qayıdış deyəndə də məhz bu nəzərdə tutulur. Onların qayıdacaqları məntəqələrdə dağıdılmış mülkiyyətlərinin bərpası isə ləyaqətli şəkildə qayıdış deməkdir. Onu da qeyd edim ki, Qərbi Azərbaycanlılar məhz deportasiya olunduqları ərazinin konfiquryasiyası üzrə geri qayıtmalıdırlar. Qarşı tərəfdən yerləşdirilmə üçün hər hansı bir bufer və ya alternativ ərazi ilə bağlı təklif qəbul edilməyəcək. Yəni hər kəs məhz zorla çıxarıldığı evinə qayıdacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri