“Qatarın tam getdiyini düşünmürük” Firuz Abdulla “Səbail”in “Şimal”a uduzması haqda nə dedi?
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1-ci liqada yeni mövsümə çempionluq hədəfiylə başlayan “Səbail” cddi problemlə üzləşdi. Ona görə ki, Bayıl təmsilçisi qış fasiləsinə nəinki lider kimi, heç 2-ci pillədə də yollanmadı. Buna komandanın çoxlu xal itkisi yaşaması səbəb oldu. Bunlardan ən biabırçısı isə evdə keçirilən 12-ci tur matçında sonuncu pillədə qərarlaşan “Şimal”a 3:4 hesabıyla uduzmalarıdı.
Bəs, rəhbərlik komandanın çıxışını necə dəyərləndirir? Nəticələr klubdakı söz sahiblərini qane edirmi? Fasilədə güclənmək, “Şəfa”ya qarşı mübarizədə rəqabətədavamlı komanda formalaşdırmaq mümkün olacaqmı?
“Football-plus.az”ın suallarını “dənizçilər”in icraçı direktoru Firuz Abdulla cavabladı:
“Cəbrayıl”la matça qədər cüzi xal itkiləri yaşamışdıq. Bu komandaya uduzandan sonra daha çox xallar itirdik. Oyun perspektiv vəd etmədiyindən Elvin Məmmədovla yolları ayırmalı olduq. Yeni baş məşqçi Adil Şükürov ilk oyunda böyükhesablı qələbə qazansa da, “Şahdağ Qusar” və “Şimal” ilə matçlarda bunu bacarmadı. Komanda Qusar təmsilçisiylə görüşdə xeyli qol vəziyyəti yaratdı. Hesabı bərabərləşdirsə də, qələbə qolunu vurmaq mümkün olmadı. Xaçmazlılara qarşı görüş haqda isə danışmağa ehtiyac duymuram. Aşkar autsayderə uduzmağın izahı ola bilməz. Heyətə gəlincə, digər komandaların büdcəsindən xəbərdar deyilik. Kimin nəyi varsa, necə deyərlər, sağlığına qismət! Çalışacağıq ki, heyəti gücləndirək. Hədəf dəyişməyib. Çempion olmaq istəyirik. İtirdiyimiz xalların önəminin fərqindəyik. Ancaq hələ mövsümün qalan yarısı irəlidədi. Qatarın tam getdiyini düşünmürük”.
Qeyd edək ki, “Səbail” 1-ci pillədə qərarlaşan “Şəfa”dan 8, 2-ci pillədəki “Baku Sportinq”dən 3 xal geridədi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















