Icma.az
close
up
RU
“Səbail”in sabiq legioneri: “Qarabağ”a rəqib yoxdur”

“Səbail”in sabiq legioneri: “Qarabağ”a rəqib yoxdur”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Səbail”in ukraynalı sabiq müdafiəçisi Dmitro Litvinin Futbolinfo.az saytına müsahibəsi

– Söhbətə ötən mövsümdən başlayaq. Sezonun əvvəlində “Səbail”in Premyer Liqanı tərk edəcəyi proqnozlaşdırılmırdı. Uğursuz nəticənin səbəbi nə oldu?

– Heç ağlıma da gəlməzdi ki, biz sağ qalmaq uğrunda mübarizə aparacağıq, üstəlik, liqadan düşəcəyik. Səbəblər müxtəlif idi. Fikrimcə, əsas səbəb bir mövsümdə 3 fərqli baş məşqçinin olması idi. Hər biri komandaya nəsə özünəməxsus bir şey qatmaq, bir təravət gətirmək istəyirdi, amma bunun üçün vaxt lazım idi, bizdə isə o vaxt yox idi. Nəticələrdə stabillik çatışmırdı. Bunlar futbolçulara təsir edən səbəblər idi. Digər səbəblər isə klub rəhbərliyinin qarşılaşdığı daxili problemlər və çətinliklərlə bağlı idi.

– Necə düşünürsünüz, “Səbail” 1 ildən sonra Premyer Liqaya qayıda biləcək, yoxsa bunu reallaşdırmaq onlar üçün çətin olacaq?

– “Səbail” kimi klub Premyer Liqada yer almağa layiqdir. Ümid edirəm ki, gələn il komanda liqaya geri dönəcək.

– Karyeranızı harada davam etdirəcəksiniz? Yeni komandanızın adı bəllidir?

– Bəli, karyeramı Malayziyada davam etdirməyə qərar verdim. “Kuala Lumpur Siti” klubu ilə anlaşdım.

– Hazırkı transfer dövründə Azərbaycanın başqa klublarından sizinlə maraqlanan, təklif göndərən oldumu? Ümumiyyətlə, karyeranızı Azərbaycanda davam etdirmək istərdiniz?

– Agentimin dediyinə görə, Azərbaycandan da maraq var idi, amma konkret təklif yox idi və gözləmək lazım gəlirdi. Gözlənilmədən Malayziyadan təklif gəldi, klub mənə ciddi maraq göstərdi və bir neçə gün ərzində hər şeyi həll etdik, buna görə çox sevinirəm. Əgər gələcəkdə Azərbaycandan bir təklif olarsa, onu mütləq dəyərləndirəcəyəm.

– Ötən mövsüm Azərbayan çempionatında çoxlu hücumçuya qarşı oynadınız. Sizə ən çox çətinlik yaradan, səviyyə baxımından seçilən forvard kim və ya kimlər idi?

– İlk növbədə, “Qarabağ”ın sabiq hücumçusu Juninyonu qeyd edərdim. O, müdafiəçilərin arxasına açılmaları ilə rəqibin müdafiə xəttini geri çəkir, bu da komandasına böyük boşluqlar qazandırırdı. Juninyo sürəti sayəsində əks-hücumlarda da çox güclü idi. Juninyodan sonra Davit Volkovun adını çəkərdim. “Zirə”nin forvardı cərimə meydançasında düzgün açılmaları və epizodları dəqiq tamamlaması ilə seçilirdi.

“Üçlük”də keçən mövsüm əsas rəqibimiz olan “Kəpəz”in hücumçusu Luis Paçu da var. O, irəlidə topu yaxşı saxlayırdı, bu da komandasına oyunu rəqib meydanına keçirməyə kömək edirdi. “Kəpəz”in vurduğu qolların çoxunda Paçunun əməyi var idi.

– Sizcə, növbəti mövsümdə Azərbaycan çempionatında hansı komanda “Qarabağ”ın hegemonluğuna son qoya bilər? Yoxsa bu, mümkünsüz kimi görünür?

– Heç bir komanda (gülür). “Qarabağ”ın böyük təcrübəsi və sabitliyi var – bir çox futbolçusu illərdir bir yerdə oynayır, komanda mütəmadi olaraq avrokuboklarda iştirak edir və heyətində təxminən eyni səviyyədə 20 futbolçu var. Sadaladıqlarım “Qarabağ”a uzunmüddətli yarışda böyük üstünlük verir, buna görə də çempionatda onlarla heç kim rəqabət apara bilmir. Onlarla bərabər səviyyədə rəqabət aparmaq istəyən klubun ilk növbədə maliyyə imkanları təxminən eyni səviyyədə olmalıdır. İkincisi, zaman lazımdır. Çünki bir çox klub yenidən komanda quracaq və oyun üslubunu, kollektiv münasibətləri formalaşdırmaq üçün dəyişikliklərdən keçməli olacaq. “Neftçi” və “Sabah” gələcəkdə “Qarabağ”la rəqabət apara bilər, amma qarşıdakı mövsümdə yox.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri