Firuz Abdulla “Səbail”in maliyyə sirrini “Futbol+”ə dedi “belədə maddi gücümüz daha da artacaq”
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Səbail”in ölkə futbolundakı varlığını 1-ci liqada davam etdirəcəyi bəllidi. Həmkarlarımızın iddiasına inansaq, Bayıl təmsilçisi 2025/26 mövsümündə 800 min manat büdcə ilə premyer-liqaya yüksəlmək uğrunda mübarizə aparacaq. Bunun 300 min manatı AFFA tərəfindən ödəniləcəksə, qalanı klubun ötən mövsümün büdcəsinə qənaət etməsi nəticəsində formalaşan məbləğdi.
Qeyd olunanlarla bağlı mövqeyini öyrənmək məqsədilə “dənizçilər”in icraçı direktoru Firuz Abdulla ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Düzdü, büdcəmiz premyer-liqa səviyyəsində olmayacaq. Amma müəyyən maliyyə dayaqlarımız var. “ASCO” ilə danışıqlarımız davam edir. Ola bilər ki, yenidən sponsorluq müqaviləsi imzalayaq. Belədə maddi gücümüz daha da artacaq. Ötən mövsüm büdcəmizə qənaət etməyimizlə bağlı məsələyə gəlincə, bu, maliyyə sirridi. Ancaq təkzib etmirəm. Qənaət etmişik və bu sayədə müəyyən büdcə formalaşdırmışıq”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 İyul 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















