Icma.az
close
up
RU
“Səbail”in legioneri hakimi “bombalayıb”: “Qarabağ”a kömək etmək lazımdır”

“Səbail”in legioneri hakimi “bombalayıb”: “Qarabağ”a kömək etmək lazımdır”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Səbail”in müdafiəçisi Dmitro Litvinin Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a uduzdunuz. 0:1 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- Keçirdiyimiz bu oyuna görə komandamızla fəxr edirəm. “Qarabağ”la matça çox yaxşı köklənmişdik. Kompakt oynamağa, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdıq. “Qarabağ”ın futbolçularının səviyyəsi, ustalığı hər kəsə məlumdur. Yaxaladıqları fürsətdən istifadə etdilər və ilk hissədə hesabda önə keçdilər. Rəqib bundan sonra da hücumlarını davam etdirirdi. Fasilədən sonra bizim də şanslarımız oldu. Təəssüf ki, bir neçə real qol epizodunu boşa verdik.

- Əvvəlcə vurduğunuz qol, daha sonra rəqib qapısına təyin edilən penalti ləğv olundu...

- Qoy Hakimlər Komitəsi bu məsələyə diqqət yetirsin. Mən hesab edirəm ki, hakimin bizə münasibəti ədalətli deyildi. Başa düşürəm, “Qarabağ” ardıcıl uğursuz oyunlar keçirib, onlara kömək etmək lazımdır, bütün bunlar yaxşıdır, amma bizə də hörmətlə yanaşmalıdırlar. “Səbail”in heç kimə pisliyi dəyməyib.

- Real yanaşsaq, demək olar ki, bu məğlubiyyətdən sonra “Səbail”in mərhələ adlamaq şansı cüzidir?

- Cəmi 1 top fərqi ilə uduzmuşuq. Qarşıda cavab oyunu var. Məncə, cütün taleyi ikinci matçda həll olunacaq. Lakin real danışsaq, bizim üçün prioritet çempionatdır.

- Matç göstərdi ki, “Qarabağ” hazırda əvvəlki kimi əzəmətli deyil. Bu məqam həftəsonu Ağdam klubuna qarşı keçirəcəyiniz oyundan öncə komandanız üçün əlavə motivasiya olacaq?

- “Qarabağ” hər zaman təhlükəlidir. Elə oyunçuları var ki, istənilən an təkbaşına oyunun taleyini həll edə bilərlər. Onlarla matça maksimum konsentrasiya ilə çıxmalısan, heç cür boşalmaq olmaz. Qarşıdakı görüşə çox ciddi hazırlaşacağıq.

- Azərbaycan çempionatında komanda sayı artırılsa da, format qeyri-müəyyəndir. Neçə komanda aşağı liqaya düşəcək, yaxud ümumiyyətlə düşməyəcək - bütün bu suallar açıq qalıb. Bu məqam Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail”ə psixoloji təsir göstərə bilər?

- Bizə heç nə psixoloji təsir göstərmir. Qarşımızda duran tapşırıq var. Onu yerinə yetirməliyik. Məşqlərdə var gücümüzlə çalışırıq, oyunlarda bütün gücümüzü ortaya qoyuruq ki, istəyimizə çataq. İşimizə ciddi yanaşırıq.

- Hər halda heç bir komanda I Liqaya düşməsə, çempionatda qalmaq uğrunda gərgin mübarizə görməyəcəyik...

- Bu barədə düşünmürük. Dediyim kimi, qarşıdamızda bəlli hədəfimiz var. Özünüz də görürsünüz ki, necə formadayıq. Bu tempdə də davam etmək lazımdır. Əlimizdən gələni edəcəyik ki, hər oyunda xal və xallar qazanaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Fevral 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri