Qaydaları pozub hərəkətə çətinlik yaratdı, amma iradı qəbul etmədi: Sən polissən? FOTO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Qaydaları pozan sürücü digər insanların qəzəblənməsinə səbəb olub. Bu barədə oxuculardan biri fotoşəkillər çəkərək Avtosfer.az-ın qaynar xəttinə göndərib. Bildirilir ki, hadisə yanvarın 25-də, paytaxtın Xətai rayonu, Cavanşir küçəsində qeydə alınıb.
Belə ki, 10-AZ-393 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü dayanma-durma qaydasının iki halını pozub. O, həm piyada keçidinin üzərində dayanaraq piyadaların yolunu kəsib, eyni zamanda kəsişməyə 5 metrdən yaxın dayanaraq sağa dönən avtomobillərin hərəkətinə mane olub. Redaksiyamıza müraciət edən oxucu baş verənləri qeydə alaraq məsuliyyətsiz sürücüyə irad bildirib. Ancaq sürücü qaydaları pozduğunu qəbul etmək və üzr istəmək əvəzinə, özünü haqlı göstərməyə çalışıb. “Sən polissən mənə irad bildirirsən?” kimi cavab verərək, etdiyi qanun pozuntusunu ciddiyə almadığını nümayiş etdirib.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















