Qayınanasının bu təbriki Dilarə Əliyevanı AĞLATDI: “Fəxr edirəm ki, elə gəlinim var” VİDEO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əməkdar artist Dilarə Əliyeva efirdə ağlayıb.
Bizim.Media xəbər verir ki, sənətçinin qayınanası Elmira İsmayılova “Qonaqcanlı” verilişinə canlı bağlantı ilə qoşulub.
E. İsmayılova gəlinini ad günü münasibətilə təbrik edib:
“Dilarə, gözəl balam, səni təbrik edirəm, Allah sənə uzun ömür, xoşbəxtlik versin. Həmişə olduğun kimi ol. Necə ki, mənim ürəyimdə yer tapıbsan. Sən mənim qəlbimdəsən. Min yaşayasan, balalarınla, öz işlərinlə, yaradıcılığınla, uğurlarınla xoşbəxt olasan. Ürəyim arxayındır. Fəxr edirəm ki, o cür gözəl gəlinim var”.
Qayınanasının təbrikindən sonra aktrisa göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, D. Əliyevanın həyat yoldaşı Oqtay Əliyev iki il əvvəl vəfat edib.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















