Icma.az
close
up
RU
Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin standartı varmı? Sosioloq şərh edir

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin standartı varmı? Sosioloq şərh edir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar Azərbaycanda sanki bir gözəllik “bumu” yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir.Gözəllik nədir?

Səhiyyə naziri Teymur Musayev deyib ki, yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur. Nazir təklif edib ki, xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirməliyik. “Gözəllik anlayışı nədir, onun tarixinə baxaq, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimizi nəzərə alaq”, - deyə nazir qeyd edib.

Əvvəllər deyirdilər ki, Azərbaycan qızları gözəl olur. İndi isə “baby boom”, “barbi yanaq”, "ceyrangöz", “full face” etdirən bütün qızlar bir-biirnə bənzəyir. Qaynaq kipriklər, saçlar, irəli uzanmış silikonla doldurulmuş dodaqlar...

Gözəllik "bum"u? Və bu "gözəllik" kim üçün, nə üçün?

Sosioloq Mail Yaqub Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qloballaşan dönəmdə kimsə Azərbaycan kimi ölkənin mədəniyyətini bütün dünya mədəniyyətindən təcrid edə bilməz.

Mail Yaqub

“Qloballaşma vahid mədəniyyətlə, iqtisadi və siyasi sistemlə idarə edilir. Yəni Amerikada hansısa bir dəb meydana gəlirsə, onu Azərbaycanda da tətbiq edirlər. Cəmiyyətləri iqtisadi texnoloji baxımdan irəlidə olan ölkələrin mədəniyyətləri qloballaşma dövründə bütün dünyada dominant mədəniyyətə çevrilir. İqtisadi texnoloji güclə öz mədəniyyətlərini də bütün dünyada dominan mədəniyyətə çevirə bilirlər. Mədəniyyətin komponentləri geyim, yemək, gözəllik, dəb, musiqi və s. vasitələrdir. Belə qloballaşma hücumunda Azərbaycan mədəniyyətini qoruya bilirikmi? Bu hücumun qarşısında biz xanımlarımıza qlobal mədəniyyətin sırıdığı mədəniyyətdən fərqli bir mədəniyyət təqdim etmək istəyiriksə, bu bizim milli mədəniyyətimizdirsə, bu zaman çox böyük işlər görülməlidir. Xanımlarımız Amerika və Avropa xanımlarına baxmasın, öz milli "gözəllik" brendini yaratsınlar. Bu da çox çətin məsələdir. Bu zaman müxtəlif dövlət qurumlarının üzərinə çeşidli vəzifələr düşür. Bu cəhətdən ən vacib məsuliyyət təhsil və mədəniyyətlə bağlı fəaliyyət göstərən nazirliklərin üzərinə düşür. Bu nazirliklər gözəllik brendini, geyim brendini yaratmalı və təbliğ etməlidir”-deyən sosioloq bildirib ki, bu təbliğat seriallarda, filmlərdə, kitablarda və sosial şəbəkələrdə həyata keçirilməlidir.

Mail Yaqub vurğulayıb ki, Azərbaycanın özünəməxsus mədəniyyət modeli olmalıdır.

“Əslində bu model prinsipcə mövcuddur, sadəcə bunu üzə çıxarmaq lazımdır. Bu da toyda, yasda geyim modelində, yemək və müxtəlif sahələrdə özünü göstərməlidir. Biz bu modeli yaratmalıyıq. Yaratmasaq, mədəniyyətimiz məhv olub gedəcək. Bir müddət sonra biz də assimilyasiya olacağıq, əriyib "yox" olacağıq”-deyə sosioloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri