Qaynaq saçla bağlı xəbərdarlıq: 50 zərərli kimyəvi maddə...
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Gündəlik həyatda intellekt səviyyəsi təkcə IQ testləri ilə deyil, insanın necə düşündüyü, qərar qəbul etməsi və yeni məlumatlara reaksiyası ilə də özünü göstərir.
Demokrat.az xəbər verir ki, "Nok Lapjabş" portalının yazdığına görə, hər gün istifadə etdiyimiz bəzi avtomatik ifadələr koqnitiv təhriflərə və mürəkkəb situasiyaları sadələşdirmə vərdişinə işarə edə bilər.
Burada söhbət klassik mənada “ağıldan” yox, düşünmə modellərindən – çeviklik, özünütənqid və şəxsi inancları təhlil etmə bacarığından gedir.
Psixoloqların fərqləndirdiyi ifadələr
Tədqiqatçılar stereotip və ya sadələşdirilmiş düşüncəni göstərə bilən yeddi tipik ifadəyə diqqət çəkirlər:
1.“Həmişə belə olub və həmişə də belə olacaq”
2.“Bu, yəqin ki, axmaqlıqdır”
3.“Hamı bunu edir”
4.“Mən bunu hiss edirəm, deməli, doğrudur”
5.“Mən həmişə haqlıyam”
6.“Bu mənim günahım ola bilməzdi”
7.“Bu mənim üçün çox çətindir”
Mütəxəssislərə görə, bu ifadələr çox vaxt koqnitiv sərtlik, emosional təhriflər, həddindən artıq özünəinam və ya məsuliyyətdən yayınma ilə əlaqələndirilir.
Niyə bu vacibdir?
Psixoloqlar bildirirlər ki, bu cür danışıq modelləri insanın qərarlarına, münasibətlərinə və hətta uğuruna təsirsiz ötüşmür. Mürəkkəb situasiyaların avtomatik sadələşdirilməsi və ya çoxluğun kor-koranə izlənməsi düşüncə keyfiyyətini azalda bilər.
Eyni zamanda ekspertlər qeyd edirlər ki, bu modellər sabit deyil. Tənqidi düşüncə öyrənilə bilən bir bacarıqdır. Bunun yollarından biri avtomatik reaksiyaları şübhə altına almaq və emosiyaları faktlardan ayırmaqdır.
Psixoloqlar “inkişaf düşüncəsi”nin də vacibliyini vurğulayırlar: səhv etməkdən çəkinməyən və yeni təcrübələrə açıq insanlar uzunmüddətli perspektivdə ilkin qabiliyyətlərindən asılı olmayaraq daha yaxşı nəticələr əldə edirlər.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Labubu oyuncaqlarında təhlükəli kimyəvi maddə tapıldı
06 Noyabr 2025 18:21
Gəncədə kimyəvi maddə bacı qardaşı yandırdı
03 Oktyabr 2026 19:26
50 yaşlılara xəbərdarlıq...
28 Yanvar 2025 11:50
TEMU məhsulunda təhlükə Zərərli maddə aşkarlandı
09 İyul 2025 22:31
Proqram mühəndisi kimyəvi maddə içərək intihar edib
07 Yanvar 2025 16:26
Baxış sayı:205
Bu xəbər 10 May 2026 16:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları