Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Qaz pulu niyə artıb Sayğaclar artıq yazır?

Qaz pulu niyə artıb Sayğaclar artıq yazır?

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki sayğaclarla əvəzləməsi ictimai müzakirələrə səbəb olub. Rəsmi izahatlarda bu addım texniki baxımdan zərurət kimi təqdim edilsə də, abonentlərdən narazılıqlar fərqli mənzərə yaradır. Üstəlik rəsmi qurumun əməkdaşları sayğacları abonentlərin xəbəri, icazəsi və razılığı olmadan dəyişirlər.

Milli.Az xəbər ki, "Azəriqaz" yalnız  texniki və təhlükəsizlik zərurətinə görə sayğacı dəyişə bilər, amma bu dəyişiklik rəsmi sənəd (akt) ilə təsdiqlənməlidir və abonentin imzası prosedurun bir hissəsi olmalıdır.

Hazırki prosesdə isə abonentin nəinki imzası, heç xəbəri olmadan sayğac dəyişmə prosesi həyata keçirilir. Vətəndaşlar bildirirlər ki, mexaniki sayğac quraşdırıldıqdan sonra qaz sərfiyyatı əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

Bu artım real istehlakın çoxalmasıdırmı, yoxsa ölçmə mexanizmlərinin fərqli işləməsinin nəticəsidir?

Bəzi mütəxəssislər billdirirlər ki, qışda soyuq havada qazın sıxlığı artır. Smart sayğaclar bunu korreksiya edib normallaşdırır. Mexaniki sayğac isə olduğu kimi sayır bu da 5-10%, bəzən fərq yarada bilər.

Məsələ təkcə texniki detallarla məhdudlaşmır - söhbət şəffaflıqdan, abonent etimadından və ödənişlərin ədalətli hesablanmasından gedir.

"Azəriqaz" İB-nin sabiq idarə rəisi Nüsrət Qasımov açıqlamasında bununla razılaşmadığını bildirdi:

"Bu hansısa savadsız adamların düşüncəsidir. Sayğac yalnız xarab olduqda və ya müdaxilə edildikdə çox yaza bilər. Mexaniki sayğacın üstünlüyü ondadır ki, limitdə qaz qurtaran kimi dərhal onun yolunu bağlamır, imkan yaradır ki, işlədəsən. Smartda isə pul qurtaran kimi kəsilir, düşür koda. Belə olduqda da əlavə problemlər yaradır. Gərək onu koddan çıxarmaq üçün "Azəriqaz"a zəng edəsən.  Ona görə  də əhalinin bu təşvişi yersizdir".

Qaz sayğaclarının xəbərsiz quraşdırılmasına gəlincə isə mütəxəssis qeyd etdi ki,  "Azəriqaz" bunu modernizasiya ilə əlaqələndirir amma bunun vətəndaşa heç bir xeyri yoxdur:

"Normativlərə uyğun olaraq hər 15 ildən bir sayğac dəyişdirilməli, hər 5 ildən bir isə sayğacın vəziyyəti yoxlanılmalıdır. Sayğaclar könüllülük prinsipi əsasında dəyişdirilir. Dəyişdirilməzdən öncə isə abonentə mütləq xəbərdarlıq edilməlidir. Yoxlama zamanı vətəndaşın iştirakı mütləqdir. Hər hansı bir defekt aşkarlandığı halda yerindəcə aktlaşdırılmalıdır".

Sabiq rəis diqqətə çatdırdı ki, əks halda vətəndaşın şikayət etmək hüququ var:

"Azəriqaz əməkdaşları vətəndaşı çağırıb deyirlər ki, sayğac xarab olub və ya artıq yazıb, bu qədər pul verməlisən. Ona görə də sayğac söküləndə, yaxud yoxlama zamanı abonent orada olmalıdır ki, yan müdaxilələr olmasın. Ola bilər ki, laboratoriyada özləri müdaxilə edib vətəndaşın boynuna qoysunlar. Belə mübahisəli məsələlər də çox olur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see269

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see212

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see165

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see158

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see157

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see138

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri