Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qaz satıcılarının vəzifələri müəyyənləşir

Qaz satıcılarının vəzifələri müəyyənləşir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçiriləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qaz satıcıları bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməzlər.
Layihəyə əsasən, istehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Qazın topdansatışı topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
Topdan satıcının vəzifələri aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə verilən yazılı göstərişlərə əməl etmək;
- qazın satışı şərtlərini rəsmi internet səhifəsində dərc etmək;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, qaz nəqli sistem operatoruna və (və ya) qazpaylayıcı sistem operatoruna qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları təqdim etmək;
- pərakəndə satıcı və ya iri istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində pərakəndə satıcıya və ya istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək;
- qazın idxalını həyata keçirmək.
Pərakəndə satıcının vəzifələri aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə yazılı göstərişlərə əməl etmək;
- fəaliyyət ərazisini və qazın satışı şərtlərini rəsmi internet saytında dərc etmək;
- istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək;
- istehlakçılara onların hüquq və vəzifələrini izah etmək;
- qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;
- qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək;
- istehlakçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək.
Topdan satıcının hüquqları aşağıdakılardır:
- sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
- pərakəndə satıcıya və ya iri istehlakçıya alqı-satqı müqaviləsinə uyğun olaraq satdığı qazın dəyərinin ödənilməsini tələb etmək.
Pərakəndə satıcının hüquqları aşağıdakılardır:
- sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
- təqdim edilmiş yazılı bildirişə və hesaba əsasən istehlakçıdan istehlak etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək;
- istehlakçı tərəfindən istehlak olunan qazın dəyəri və sabit tarif hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədiyi təqdirdə, qazpaylayıcı sistem operatorundan qazın verilməsinin dayandırılmasını tələb etmək.
Qazın pərakəndə satışı qazdan istifadə qaydaları ilə tənzimlənir.

Qaz satıcılarının bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməyəcəklərinə dair tələb 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri