Icma.az
close
up
RU
Qazaxıstan Dəmir Yolları : 2025 ci ildə Çindən TBNM ilə 600 konteyner qatarının göndərilməsi planlaşdırılır

Qazaxıstan Dəmir Yolları : 2025 ci ildə Çindən TBNM ilə 600 konteyner qatarının göndərilməsi planlaşdırılır

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə geosiyasi çağırışlar fonunda Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM), digər adı ilə tanınan Orta Dəhlizə xüsusi önəm verir. Avrasiya qitəsinin mərkəzində yerləşən bu ölkə üçün ixrac mallarını dünya bazarlarına çatdırmaq üçün alternativ nəqliyyat marşrutlarının olması milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti yanında “İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu”nun direktor müavini Alibi Tulegenov “Report”a müsahibəsində TBNM-in hazırkı inkişaf mərhələsi və perspektivləri barədə danışıb. Həmin müsahibəni təqdim edirik

- Ötən il TBNM üzrə yükdaşımaların nəticələri necə olub?

- Transxəzər marşrutu Qazaxıstan və Azərbaycanın liderlərinin xüsusi diqqət mərkəzindədir. Hər iki ölkə tranzit potensialını inkişaf etdirmək və ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də beynəlxalq ticarət üçün geniş perspektivlər açır.

Rəqəmlərlə desək, 2024-cü ildə Orta Dəhliz vasitəsilə 3,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 21 % artım deməkdir. Bu artım əsasən Qazaxıstanın ixracının genişlənməsi hesabına mümkün olub - ixrac həcmi də 21 % artıb. Hazırda Transxəzər marşrutunun dəmir yolu seqmentinin ötürücülük qabiliyyəti ildə 6 milyon ton təşkil edir. Lakin planlarımızda bu göstəricini dəhlizin bütün infrastrukturu - dəmir yolu və limanlar - hesabına ildə 10 milyon tona çatdırmaq var.

2024-cü ildə Çinin Sian şəhərində Qazaxıstan-Çin yük terminalının istifadəyə verilməsi ilə Orta Dəhliz üzrə Çindən konteyner tranziti xeyli artıb. İlin yekunlarına görə 358 konteyner qatarı göndərilib ki, bu da əvvəlki dövrlə müqayisədə 33 dəfə çoxdur. 2025-ci ildə Çindən Orta Dəhliz vasitəsilə təxminən 600 konteyner qatarının göndərilməsi planlaşdırılır. Bu isə marşrutun potensialından xəbər verir.

Hazırda əsas prioritetlərdən biri tranzit vaxtını azaltmaqdır. Bunun üçün Qazaxıstan və Azərbaycanın nəqliyyat şirkətləri gəmi və qatarların hərəkət qrafikini koordinasiya edir, əməliyyatların əlaqələndirilməsini gücləndirir və gözlənilməz gecikmələrin qarşısını almaq üçün tədbirlər görür.

- Qazaxıstan TBNM vasitəsilə hansı mallarını ixrac edir?

- Ənənəvi olaraq Qazaxıstanın ixrac yük axınında neft-kimya məhsulları, qara və əlvan metallar, kömür, taxıl və digər məhsullar üstünlük təşkil edir. Bununla yanaşı, Qazaxıstan neft ixracını şaxələndirmək üçün də Orta Dəhlizdən istifadə edir.

- Qazaxıstan və Azərbaycan şirkətləri qarşılıqlı əlaqəni necə qurur və hansı çətinliklərlə üzləşirlər?

- Qazaxıstan və Azərbaycan dəmir yolu qurumlarının əsas vəzifəsi yük axınlarının birgə planlaşdırılması və səmərəli bölüşdürülməsidir. Bu, xüsusilə Aktau və Ələt limanlarında tıxacların qarşısını almaq baxımından vacibdir.

Çətinliklərə gəlincə, bir neçə əsas məsələ diqqət çəkir. Birinci məsələ yüklərin nəzarət proseslərinin rəqəmsallaşdırılması ilə bağlıdır. Bu, müxtəlif ölkələrin normativ, texniki və qanunvericilik standartlarının uyğunlaşdırılmasını tələb edir. Beynəlxalq daşımaların iştirakçıları rəqəmsal sistemlərin inteqrasiyası üçün müxtəlif yanaşmalar tətbiq edir ki, bu da həm koordinasiyanı, həm də güclü mütəxəssislərin iştirakını tələb edir.

İkinci problem kiber təhlükəsizlikdir. Rəqəmsal həllərin genişlənməsi ilə məlumatların və infrastrukturun təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac yaranır.

Üçüncü məsələ - logistika zəncirinin iştirakçılarının maraqlarını uzlaşdırmaq. Buraya yükgöndərənlər, terminallar və gömrük orqanları daxildir. Yüklərin fasiləsiz daşınmasını təmin etmək üçün bütün bu tərəflər arasında yüksək səviyyədə koordinasiya və vəziyyətin daimi monitorinqi tələb olunur.

- Yaxın vaxtlarda azərbaycanlı tərəfdaşlarla hansı görüşlər planlaşdırılır və hansı məsələlər müzakirə olunacaq?

- “Qazaxıstan Dəmir Yolları” və “Azərbaycan Dəmir Yolları” Orta Dəhlizin potensialının artırılması ilə bağlı müntəzəm olaraq dialoq aparır. TBNM Beynəlxalq Assosiasiyası çərçivəsində keçirilən iclaslarda marşrutun inkişafı ilə bağlı əsas məsələlər müzakirə edilir, mövcud problemlər təhlil olunur və gələcək əməkdaşlıq üçün strateji prioritetlər müəyyənləşdirilir.

TBNM Beynəlxalq Assosiasiyasının növbəti ümumi və işçi qrupun iclası 2025-ci ilin fevralında Bakıda keçiriləcək. Bu görüşdə həm əvvəlki dövrün nəticələri təhlil ediləcək, həm də mövcud çağırışlar və marşrutun daha da inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Yanvar 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri