Icma.az
close
up
RU
Qazaxıstan neftinin ixracı bərpa olunur FSB tankerlərə icazə verməyə başlayıb

Qazaxıstan neftinin ixracı bərpa olunur FSB tankerlərə icazə verməyə başlayıb

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Rusiya Xarici Kəşfiyyat Xidməti (FSB) xarici tankerlərə Qara dəniz limanlarına daxil olmaq üçün icazə verməyə başlayıb.
Yeniavaz.com
“Reuters” agentliyimə istinadən xəbər verir ki, bu addım, qısamüddətli dayandırmadan sonra Qazaxıstan neftinin ixracının bərpasına imkan yaradıb.
Məlumata görə, çərşənbə günü sənaye mənbələri yeni qaydaların xarici tankerlərin Rusiyanın əsas Qara dəniz limanlarına səfərini müvəqqəti qadağan etdiyini bildiriblər. Nəticədə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Qazaxıstan neftinin ixracı demək olar ki, dayandırılmışdı. Qeyd edək ki, CPC əsasən ABŞ şirkətlərinə məxsusdur və bu boru kəməri Qazaxıstan neftini Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka limanı vasitəsilə beynəlxalq bazarlara çatdırır.
Lakin cümə axşamı Qazaxıstanın Energetika Nazirliyi ölkənin Rusiya limanları vasitəsilə neft yükləmələrini dayandırmadığını açıqlayıb.
Xatırladaq ki, bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin, xarici gəmilərin Rusiya limanlarına girişinin FSB-nin icazəsi əsasında həyata keçirilməsini tələb edən qanunu imzalayıb.
Avqust ayında Rusiyanın CPC terminalından gündəlik neft ixracı 1,66 milyon barel (təxminən 6,5 milyon metrik ton) təşkil edib. Bu göstərici iyul ayı ilə müqayisədə az dəyişib. Sənaye mənbələrinin verdiyi məlumata əsasən, iyul ayında Novorossiysk limanından ümumilikdə 2,2 milyon metrik ton həcmində neft ixrac edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri