Qazaxıstan neftini daşıyan tankerlərə dron hücumunun təfərrüatı məlum oldu
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Qara dənizdə dronların hücumuna məruz qalan tankerlər həmin vaxt Qazaxıstan nefti ilə yüklənməyi gözləyirdilər".
Moderator.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi yazıb.
Yenilənmiş məlumata görə, Qazaxıstan nefti üçün yola düşən iki neft tankeri Qara dənizdə dron hücumundan zərər görüb. İnsident yanvarın 13-də Novorossiysk yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalına yaxın ərazidə baş verib.
Agentliyin məlumatına görə, "Delta Harmony" və "Matilda" gəmiləri zədələnib. ABŞ-nin "Chevron" neft korporasiyası tərəfindən icarəyə götürülmüş birinci tanker "Tengiz" yatağından nefti göyərtəsinə qəbul etməli idi. Yunanıstanın "Thenamaris" gəmiçilik şirkətinin idarəçiliyində olan və "Kazmortransflot" ("KazMunayGaz"ın törəmə şirkəti) tərəfindən icarəyə götürülmüş ikinci tanker "Matilda" isə Karaçaqanak yatağından xam neft üçün gedirdi.
"Delta Harmony" gəmisi təxminən saat 05:12-də hücuma məruz qalıb. Gəminin göyərtəsində qısamüddətli yanğın baş verib və ekipaj onu tez zamanda söndürüb. Mövcud məlumata görə, komanda üzvləri xəsarət almayıblar və dəniz akvatoriyasının çirklənməsi qeydə alınmayıb. Hadisədən sonra gəmilər sərbəst şəkildə ərazini tərk ediblər.
"Xəzər Boru Kəməri Konsorsiumu terminalından 48 kilometr aralıda olduğu zaman "Matilda" tankerinə iki dəfə dron zərbəsi dəyib. Göyərtə konstruksiyaları zədələnib, lakin gəmi dəniz hərəkətinə yararlılığını saxlayıb və təhlükəli ərazini tərk edib. "Thenamaris" şirkətinin və "KazMunayGas" milli neft-qaz şirkətinin nümayəndələri hücum faktını rəsmi şəkildə təsdiqləyiblər", - deyə nəşr bildirir.
Agentliyin məlumatına görə, ümumilikdə dörd gəmi zərbəyə məruz qalıb, lakin yalnız yuxarıda adı çəkilən iki tankerdə ciddi zədələr qeydə alınıb. Hadisə nəticəsində beynəlxalq sığorta şirkətləri dərhal Qara dəniz akvatoriyasında fəaliyyət göstərən gəmilər üçün "müharibə" sığortası stavkalarını təxminən ikiqat artıraraq cavab veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Yanvar 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















