Qazaxıstan paytaxtında köhnə vağzalın yaxınlığında partlayış olub, xəsarət alan var
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın paytaxtı Astanada köhnə vağzalın yaxınlığında partlayış olub, xəsarət alan var.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Nəqliyyat Departamentinin rəis müavini Malik Kaybar idarənin sosial şəbəkədəki səhifəsində bildirib.
"Bu gün saat 00:25-də (Bakı vaxtı ilə 01:25) Astana stansiyasına gələn qatarın konteyneri partlayıb. Tələfat yoxdur, bir nəfər qolundan yüngül xəsarət alıb", - Malik Kaybar qeyd edib.
O bəyan edib ki, sərnişinlər və yaxınlıqdakı ərazilərin sakinləri üçün heç bir təhlükə yoxdur. Faktla bağlı cinayət işi açılıb, hadisənin baş vermə şəraitini araşdırmaq üçün xüsusi əməliyyat qrupu yaradılıb.

Qazaxıstan təyyarə qəzasında xəsarət alan
28 Dekabr 2024 15:22
Qazaxıstan paytaxtında “Astana 2025” Beynəlxalq Forumu keçirilir
29 May 2025 14:54
Qazaxıstan paytaxtında Azərbaycan xalça sənəti təqdim olunub
18 Oktyabr 2025 13:27
Əfqanıstanın paytaxtında partlayış olub
10 Oktyabr 2025 00:07
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
08 May 2025 10:43

