Qazaxıstan taxılının Azərbaycana daşınma həcmi üç dəfə artıb
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
2025-ci ilin yekunlarına görə, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti Səhmdar Cəmiyyətinin şəbəkəsi üzrə taxıl daşımalarının həcmi 14,3 milyon tonu ötüb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 31 faiz çoxdur.
AZƏRTAC şirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, ixrac üçün 11 milyon ton taxıl göndərilib, bu isə ötən ilin həcmini 33 faiz üstələyir. Son 10 ildə ilk dəfədir ki, bu cür göstəricilər qeydə alınıb.
Daxili daşımalar 26 faiz artaraq 3,3 milyon tonu ötüb. Daşımaların həcminin artımı Mərkəzi Asiya ölkələri istiqamətində də qeydə alınıb – 30 faiz artımla 6,3 milyon tona çatıb. O cümlədən, Qırğızıstana daşımalar iki dəfə, Tacikistana daşımalar 12 faiz artaraq 1,4 milyon tona, Özbəkistana daşımalar isə 32 faiz artaraq 4,5 milyon tona yüksəlib.
Azərbaycana taxıl daşımalarının həcmi üç dəfə artıb, İrana yükləmələr 69 faiz, Əfqanıstana isə 63 faiz artıb. Baltikyanı ölkələrə daşımaların həcmi altı dəfə artaraq 800 min tonu ötüb. Qara dəniz və Baltik dənizi limanlarına daşımalar müvafiq olaraq 49 və 67 faiz artıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















