Icma.az
close
up
RU
Qazaxıstan və Azərbaycan: Beynəlxalq aləmdə qarşılıqlı dəstək və strateji tərəfdaşlıq

Qazaxıstan və Azərbaycan: Beynəlxalq aləmdə qarşılıqlı dəstək və strateji tərəfdaşlıq

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan və Qazaxıstan arasındakı dostluq və qardaşlıq münasibətləri təkcə tarixi və mədəni köklərlə məhdudlaşmır, həm də siyasi, iqtisadi və beynəlxalq əməkdaşlıq müstəvisində yüksək səviyyədə inkişaf edir. Hər iki ölkə türkdilli xalqların birliyinə, qarşılıqlı etimada və birgə inkişaf strategiyasına əsaslanan münasibətləri ilə seçilir.

Azərbaycan və Qazaxıstanı birləşdirən amillər dərin tarixi köklərə malikdir. Hər iki xalq türk mədəniyyətinin, ortaq dil və adət-ənənələrin daşıyıcısıdır. Orta əsrlərdən etibarən bu torpaqlar İpək yolu üzərində yerləşərək iqtisadi, mədəni və mənəvi əlaqələrin formalaşmasında mühüm rol oynamışdır. Sovet İttifaqının dağılmasından sonra, 1991-ci ildə müstəqillik əldə edən hər iki dövlət çox keçmədən diplomatik münasibətlər qurmuş, 1992-ci il avqustun 30-da Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr rəsmən təsbit edilmişdir.

Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr yüksək səviyyədə qurulub və bu gün iki ölkə arasında heç bir fikir ayrılığı yoxdur. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış strateji sənədlər və sazişlər münasibətlərin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin görüşləri zamanı iki ölkənin siyasi dialoqunun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bir daha vurğulanmışdır.

Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin maraqlarını müdafiə edir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq qurumlarda Qazaxıstanın təşəbbüslərini dəstəkləyir. Qazaxıstan isə öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe nümayiş etdirir.

Qazaxıstan Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini daim müdafiə etmişdir. 2020-ci ildə Vətən müharibəsindən sonra Qazaxıstan dövləti azad edilmiş ərazilərin bərpasına dəstək məqsədilə humanitar yardım göstərmiş, həmçinin Qarabağda sosial obyektlərin və infrastruktur layihələrinin reallaşdırılmasında iştirak etmək niyyətini ifadə etmişdir. Bu, qardaşlıq münasibətlərinin konkret əməli addımlarla təsdiqidir.

Eyni zamanda, Azərbaycan da Qazaxıstanın beynəlxalq arenadakı təşəbbüslərinə – nüvə silahlarının yayılmamasına dair təşəbbüslər, regional sabitlik və Orta Asiya ilə Qafqaz arasında iqtisadi körpü qurulması ideyalarına dəstək verir.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri də genişlənməkdədir. Xəzər dənizi bu əməkdaşlığın təbii körpüsü rolunu oynayır. Nəqliyyat və logistika sahəsində Bakı–Aktau marşrutu, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz layihəsi mühüm əhəmiyyət daşıyır. Bu layihələr Asiya ilə Avropanı birləşdirən yeni iqtisadi arteriyalar yaradır və hər iki ölkənin geostrateji rolunu artırır.

Enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə davam edir. Qazaxıstan neftinin Azərbaycan vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına daşınması enerji təhlükəsizliyinin təminində mühüm addımdır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi sabitliyə töhfə verir.

Azərbaycan və Qazaxıstan mədəniyyət, elm və təhsil sahəsində də sıx əməkdaşlıq edir. Hər iki ölkədə qarşılıqlı mədəniyyət günləri keçirilir, ali məktəblər arasında tələbə mübadiləsi proqramları həyata keçirilir. Nizami Gəncəvi, Abay Kunayev, Əl-Fərabi və digər böyük şəxsiyyətlərin irsi iki xalqı birləşdirən ortaq dəyərlər sisteminin tərkib hissəsidir.

Bundan əlavə, media, turizm və idman sahələrində də əməkdaşlıq genişlənir. Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən mədəni tədbirlər xalqlar arasında dostluğun daha da güclənməsinə şərait yaradır.

Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir. Hər iki ölkə türkdilli dövlətlər arasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsi üçün mühüm rol oynayır. Onların ortaq mövqeyi türk birliyinin daha da möhkəmlənməsinə, vahid iqtisadi və nəqliyyat məkanının formalaşmasına xidmət edir.

Bütün bu amillər göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri qardaşlıq, etimad və strateji tərəfdaşlıq üzərində qurulub. Hər iki ölkə beynəlxalq aləmdə bir-birinə sadiq tərəfdaş kimi çıxış edir, regional sabitlik və inkişaf üçün mühüm töhfələr verir. Bu gün Qazaxıstan və Azərbaycan əlaqələri yalnız iki ölkə üçün deyil, bütün Türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir.

Nazimə Şamıyeva,

YAP Füzuli Rayon Təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri