Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Manqistau vilayətinin Kurık limanında gücü ildə 1 milyon ton olan yeni taxıl terminalı istifadəyə verilib.
AZƏRTAC Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Kaspi Grain Way” özəl şirkətinin Kurık limanının ərazisində yerləşən taxıl terminalı bu ölkənin hər yerindən taxıl məhsullarını qəbul etməyə hazırdır.
Layihə çərçivəsində eyni vaxtda 28 min tona qədər taxıl məhsulunun saxlanıla biləcəyi 18 silos tikilib. Konveyerlərin gücü saatda 300 tondur.
Terminal taxıl ixracı həcmlərinin proqnozlaşdırılan artımını təmin edəcək. Hazırda taxıl terminalında 14 min tona yaxın arpa saxlanılır.
Noyabrın 9-da bu terminaldan Kurık limanının 4 nömrəli yanalma məntəqəsindən istifadə etməklə 3500 ton arpa həcmində ilk yük partiyasının daşınması həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 Noyabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















