Qazaxıstanda qədim türk artefaktı aşkar edilib
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanın Jambıl əyalətində toğızkumalak oyunu üçün istifadə edilən qədim artefakt aşkar edilib. SİA “Kazinform” agentliyinə istinadla xəbər verir ki, birbaşa daş üzərində oyulmuş kiçik çuxurlar və qazanlar 1400 il əvvəl oyun üçün istifadə olunub.
Artefakt Qızıltan kəndində dağ yamacında aşkar edilib.
Yerli alimlərin hesablamalarına görə, tapıntı eramızın VI-VII əsrlərinə, erkən Qərbi Türk xaqanlığı dövrünə aiddir. Bu tarix bölgədə daha əvvəl tapılmış eyni dövrə aid olan kurqanlarla təsdiq olunur.
Toğızkumalak sadəcə bir oyun deyil, həm də türk xalqlarının mədəni irsinin mühüm bir hissəsidir. Bu intellektual oyun məntiqi düşüncə və strateji planlaşdırma bacarıqlarını inkişaf etdirməyə kömək edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 14 Fevral 2025 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















